Səyyar Gənclər Xidməti Naxçıvanda öz işini yekunlaşdırıb - FOTOLAR

Səyyar Gənclər Xidməti Naxçıvanda öz işini yekunlaşdırıb - FOTOLAR19 sentyabr tarixində Naxçıvan Muxtar Respublikasında start götürən Səyyar Gənclər Xidməti 7 inzibati rayon üzrə fəaliyyətini yekunlaşdırıb.
Məqsədi dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı xidmət və proqramların ucqar kəndlərdə yaşayan gənclərin də əlçatanlığının artırılması, gənclər siyasəti ilə bağlı maarifləndirmə, eləcə də gənclərin sosial aktivliyinin dəstəklənməsi, asudə vaxtlarının səmərəli təşkili, və onların bilik, bacarıq və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş tədbirlər təşkil etmək olan layihə 26 sentyabradək Şərur, Şahbuz, Sədərək, Babək, Ordubad, Kəngərli və Culfa rayonlarını əhatə edib.
Layihə çərçivəsində 7 gün müddətində gənclər üçün sahibkarlıq fəaliyyətinin təşviqi, gənclərin regionlarda məşğulluğunun təmin edilməsi, o cümlədən cəbhə xəttinə yaxın ərazilərdə fəaliyyət göstərməsinin təşviqi və stimullaşdırılması, startapçılar və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, kənd təsərrüfatının idarə olunması sahəsində bilik, bacarıq və vərdişlərinin inkişafı məqsədilə görüşlər, gənclər siyasəti, şəxsi inkişaf və karyera quruculuğu istiqamətində sessiyalar, robototexnika, rəsm çəkmə, 3D printer və qələm tətbiqi şəbəkə sənəti üzrə master-klaslar, həmçinin şəxsi anketin (CV) yaradılması xidməti təşkil edilib.
Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə tədbir ərazisində kənd təsərrüfatı sahəsində məlumatlandırıcı sərgi stendləri qurulub, gənclərə baramaçılıq, bitkiçilik və digər istiqamətlərdə geniş məlumatlar verilib.
Bunlarla yanaşı, layihədə nəzərdə tutulmuş yarış və oyun proqramları çərçivəsində gənclər arasında Azərbaycan xəritəsinin pazl lövhə üzərində qurulması yarışı, stolüstü futbol və darts oyun çempionatı baş tutub.
Ümumilikdə 7 gün ərzində gənclər üçün 28 təlim, 42 master-klas, 84 oyun təşkil olunub və nəticədə 1100 gənc xidmətlərdən yararlanıb.
2024-cü il ərzində 2 ay boyunca Azərbaycan ərazisində xidmət göstərən layihə 17 şəhər və rayonda keçirilib və oktyabr ayından etibarən yeni səfərlərə start verilməsi planlaşdırılır.
Ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmasına əsasən, bu il  gənclərin ekoloji məlumatlılığını, həmçinin ətraf mühitin qorunması sahəsində bilik və fəallıqlarını artırmağa yönələn Səyyar Gənclər Xidməti Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və "Gənc Könüllülər" İctimai Birliyi tərəfindən icra olunur.
Səyyar Gənclər Xidməti Naxçıvanda öz işini yekunlaşdırıb - FOTOLARSəyyar Gənclər Xidməti Naxçıvanda öz işini yekunlaşdırıb - FOTOLARSəyyar Gənclər Xidməti Naxçıvanda öz işini yekunlaşdırıb - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 26 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun cəbhədən şad xəbər xeber maraqlı xəbərlər