Şimal-Şərqi Asiyadan Azərbaycana gələnlərin sayı artıb
Şimal-Şərqi Asiyadan Azərbaycana gələnlərin sayı artıb
Ötən ay ölkəyə 192 115 nəfər əcnəbi səfər edib.
Dövlət Turizm Agentliyinin məlumatına görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz çox olub. Belə ki, ötən ilin sentyabrında ölkəyə 158 803 nəfər gəlmişdi.
Bu ilin doqquz ayı ərzində isə ölkəyə gələnlərin sayı 1 536 375 nəfər təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə (1 162 949 nəfər) 32 faiz çox olub.
Ötən ay gəlmə sayına görə Rusiya (50 598), Türkiyə (36 141), İran (15 483), Hindistan (11 622) və Gürcüstan (9 985) ilk beşlikdə yer alıb.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin sentyabrında gəlmə sayına görə ən çox artım 505% olmaqla Şimal-Şərqi Asiyanın payına düşüb.
2022-ci ilin sentyabr ayı ilə müqayisədə ötən ay İrandan gələn ziyarətçilərin sayında isə 7 faiz azalma müşahidə olunduğu halda, Çindən gələnlərin sayı 754 faiz, Əlcəzairdən gələnlərin sayı isə 833 faiz artıb. / oxu.az

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi