Şimali Kipr Respublikasının Beynəlxalq Final Universiteti və Azərbaycan media nümayəndələri görüşdü
Şimali Kipr Respublikasının Beynəlxalq Final Universiteti və Azərbaycan media nümayəndələri arasında işgüzar görüş baş tutub.
Azərbaycanın tanınmış media nümayəndələri ilə Şimali Kipr Respublikası elm adamları arasında Bakıda görüş baş tutub.
azxeber.com xəbər verir ki, Azərbaycan - Kipr Dostluq Cəmiyyəti, Beynəlxalq Final Universiteti və "News Baku" Media və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanla Şimali Kipr Türk Respublikasının media əlaqələri, KKTC-də təhsil mühiti və elm sahəsində münasibətlər mövzusunda müzakirələr aparmaq üçün media təmsilçilərinin iştirakı ilə şam yeməyi təşkil olunub.
Görüşdə iki dost ölkə arasında istər siyasi, istər elmi, istərsə də media sahəsində ortaq fikir formalaşdığı, hər iki ölkənin hədəflərinin eyni olduğu vurğulanıb. Görüşdə çıxış edən Kipr Respublikası nümayəndələri elm, təhsil sahəsində Azərbaycan mediası ilə sıx əlaqədə olduqlarını, həmçinin Azərbaycan mediası ilə gələcəkdə ortaq layihələrin planlaşdırıldığı səmimi dilə gətirilib.
Görüşdə qardaş Şimali Kipr Türk Respublikasının önəmli təhsil mərkəzlərindən olan Beynelxalq Final Üniversiteti rektoru Prof. Dr. Orhan Gemikonaklı, Üniversitetin İcraçı Direktoru Dr. Bülent Taşel, Doç. Dr. Pervin Taşel, Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "News Baku" Media və Kommunikasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdiyev, eləcə də digər media qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Görüşdə Azərbaycanın tanınmış media nümayəndələrinə də söz verilib. Media rəhbərlərimiz çıxışlarında Kipr Respublikasından ölkəmizə təşrif buyurmuş elm adamlarına Azərbaycanın mədəniyyəti, elm sahəsindəki uğurlarımızdan bəhs edilib. Bu görüşün davamlı olması üçün müvafiq addımlar atılaraq növbəti görüşü qardaş Şimali Kipr Respublikasında keçirilməsi üçün razılığa gəlinib. Keçirilən səmimi dostluq görüşünün sonunda xatirə fotoları çəkilib, görüşdən sonra iki ölkə nümayəndələri arasında təkbətək səmimi müzakirələr aparılıb.





Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA