Şimali Koreya ABŞ-ı TƏHDİD ETDİ
ABŞ Prezidenti Co Baydenin yüz günlük rəhbərliyi dövründə Konqresdəki çıxışında "Şimali Koreya və İranın nüvə proqramları Amerikanın və dünyanın təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır" söyləməsi Pxenyan rəhbərliyini qəzəbləndirib.
Publika.az xəbər verir ki, Kim Çen In rəhbərliyi ABŞ-a sərt xəbərdarlıq edib.
Baydenin nüvə proqramı ilə əlaqəli sözlərinə rəsmi Pxenyan "Bu, Amerikanın və dünyanın təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. ABŞ-ı çox ağır vəziyyətdə qoyacaq cavab verəcəyik", sözləri ilə qarşılıq verib və Co Bayden rəhbərliyini düşmən siyasət yeritməkdə günahlandırıb.
Şimali Koreya XİN-in verdiyi açıqlamada ABŞ Prezidentinin siyasətinin aqressiv olduğu və Amerikanı çox ağır duruma sala biləcəyi vurğulanıb.
Şimali Koreya Xarici İşlər Nazirliyinin ABŞ departamentinin rəhbəri Kvon Çon Qın Baydenin Konqresdəki çıxışının "qəbuledilməz və böyük səhv" olduğunu bildirib. Şimali Koreya mətbuatına danışan Qın "Baydenin açıqlamaları ABŞ-ın Şimali Koreyaya qarşı yarım əsrdən çoxdur ki, düşmənçilik siyasətini həyata keçirməyə davam etmək niyyətini açıq şəkildə əks etdirir", deyib.
Akqabay
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək