Şimali Koreya sualtı qayıqdan ballistik raket atmağa HAZIRLAŞIR
KXDR sualtı qayıqdan ballistik raket (SLBM) atmağa hazırlaşır.
KONKRET.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreyalı hərbi rəsmiyə istinadən məlumat yayıb.
"Şimali Koreyanın sualtı qayıqlardan buraxılan ballistik raket (SLBM) vasitələri və fəaliyyətləri yaxından izlənilir", – məlumatda deyilir.
Bildirilib ki, Şimali Koreyanın ilin əvvəlindən bu yana Asiya-Sakit Okean regionuna raket təhdidləri sahilyanı ölkələri narahat edir.
Digər tərəfdən hazırlığın ABŞ-ın təyyarədaşıyan gəmisi "Ronald Reyqan"ın birgə dəniz təlimi üçün Cənubi Koreyanın Busan şəhərində olması ilə eyni vaxta təsadüf etməsi diqqət çəkib.
Qeyd edək ki, son aylar beynəlxalq ictimaiyyətdə Pxenyan administrasiyasının 2017-ci ildən sonra ilk nüvə raketi sınağını keçirəcəyi ilə bağlı narahatlıqlar artır.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü