Şimali Koreyanın raketlərinin tutulması müharibə elanı kimi QƏBUL EDİLƏCƏK
Şimali Koreyanın raketlərinin tutulması müharibə elanı kimi qəbul ediləcək.
KONKRET.az xəbər verir ki, bunu Şimali Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin Təbliğat Departamentinin direktor müavini, Kim Çen Inın bacısı Kim Yo Conq bildirib.
O bildirib ki, Şimali Koreyanın raket sınaqlarına mane olmaq müharibə elanı kimi qiymətləndiriləcək,
Şimali Koreya ABŞ və Cənubi Koreyanın bütün hərbi fəaliyyətlərini yaxından izləyir və Koreya yarımadasında öz ölkələrinə qarşı hər hansı birgə hərbi təlimlərə qarşı kəskin cavab verməyə hazırdır.
"Açıq dənizlərdə və ABŞ-ın yurisdiksiyasına daxil olmayan bir bölgədə strateji silahları sınaqdan keçirməyimiz ətraf ölkələrin təhlükəsizliyinə xələl gətirmir. Və raketlərimizin ələ keçirməsi davam edərsə, onda bu, KXDR-ə qarşı açıq-aydın müharibə elanı olacaq", – deyə rəsmi bildirib.
Eyni zamanda, Şimali Koreya Xarici İşlər Nazirliyi ABŞ və Cənubi Koreyanın təlimləri davam etdirəcəyi təqdirdə yarımadada "fiziki münaqişənin" yarana biləcəyi barədə xəbərdarlıq edib.
Xuraman Etibarlı,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir