Simonov: "Ermənistan SOCAR-dan qaz istəsə ala biləcəkmi?"
Rusiya-Ermənistan münasibətlərinin kəskinləşməsi Ermənistana satılan qazın qiymətinin artırılmasıyla nəticələnə bilər. Bu isə Ermənistanı alternativ mənbələr axtarmağa vadar edəcək.
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun rəhbəri Konstantin Simonov deyib:
"Yalnız alternativ mənbələrdən deyil, qiymət məsələsindən danışmaq lazımdır. 10 ildən artıqdır ki, avropalılar alternativ qaz mənbələri tapacaqlarını deyəndə izah etməyə çalışıram ki, onları axtarmaq asandır, tapmaq çətindir. Ermənistanın qonşuluğunda da qaz hasil edən ölkələr var. Yaxşı, götürək Azərbaycanı. Bu gün Ermənistan-Azərbaycan münasibətlərində gərginlik var. Ermənistan SOCAR-dan qaz istəsə ala biləcəkmi? Nəzərə alın ki, Avropada qaza əlavə tələbat var və avropalılar qızğın qaz axtarışındadır.
Bütövlükdə dünyada qaz istehlakı 20% azalıb. Ermənistanın İrandan qaz alması logistik baxımdan çətin olacaq. Əslində, İranın əsas yataqları ölkənin başqa bölgəsində yerləşir. Yəni bu baxımdan İranın özü indi Rusiya ilə bəzi tədarük variantlarını nəzərdən keçirməyə hazırdır. Sadəcə olaraq, bu həm də logistik cəhətdən çətindir. Çünki onların şimalda qaza ehtiyacı var, cənubda isə onu ixrac edib verməyə hazırdırlar.
Ona görə də İranla logistika baxımından, Azərbaycanla siyasət baxımından çox çətin görünür. Rusiya həmişə Ermənistana ucuz qiymətə qaz satıb. Ermənistan Belarusdan sonra ucuz qaz alan ikinci dövlət idi. İndi Ermənistanın siyasi hekayəsi ona baha başa gələcək".
Vəli Həsənov
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ