Simonyan: "Biz onların anklavlarını qaytarmağa hazırıq"
Sovetlər dönəmində elə bilirdilər ki, SSRİ əbədidir və ona görə hüdudlarla bağlı sənədləri tapmaq çox çətindir.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycanın Erməninstanın işğalı altında qalan anklavları barədə danışarkən deyib.
Qeyd edək ki, Nikol Paşinyan anklavlarla bağlı hər hansı hüquqi əsasın, hətta hüquqi sənədlərin olmadığını deyib.
Amma maraqlıdır ki, Azərbaycanın işağal altında olan anklavları ilə bağlı sənədlərin tapılmadığını deyən Alen Simonyan nədənsə Başkəndin Ermənistana aid olduğunu şübhə altına belə qoymur.
"Konkret olaraq, Ermənistana məxsusluğu heç bir tərəf tərəfindən mübahisələndirilməyən (bunu spiker özündən uydurur-red.) Başkənd var, amma əminəm ki, biz bu məsələnin həllini tapacağıq", – deyə A.Simonyan bildirib.
"Hətta anklavlarla bağlı hər hansı hüquqi əsas varsa biz onlara qaytarmağa hazırıq. Lakin bunun müqabilində Başkəndi geri versinlər. İstisna etmirəm ki, biz hansısa həll yolu tapacağıq, məsələn, sərhədin bu tərəfində olan burada qalacaq, sərhədin o tərəfində olan da orada qalacaq",-deyə A.Simonyan qeyd edib.Musavat.com

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda