Sinan Oğan səsini bu namizədə verəcək

Sinan Oğan səsini bu namizədə verəcəkTürkiyədə ötən gün keçirilən prezident və parlament seçkilərinin nəticələri ən müxtəlif kontekstlərdən təhlil olunur. 2002-ci ildən bəri iqtidarda olan hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlamentdə əzici üstünlüyə sahib olsa da, prezidentlik yarışında qalibi müəyyənləşdirmək mümkün olmayıb. Türkiyənin seçki qanunvericiliyinə uyğun olaraq, namizədlərdən heç biri birinci turda 50.1% səs qazana bilmədiyi üçün ölkənin 13-cü prezidentinin kimliyi mayın 28-də keçiriləcək ikinci turda bəlli olacaq. 
KONKRET.az xəbər verir ki, hazırkı dövlət başçısı Rəcəb Tayyip Ərdoğan dünən 49,35%, ana müxalifət lideri Kemal Kılıçdaroğlu 45%, "ATA İttifaqı"nın vahid namizədi Sinan Oğan isə 5,22% səs toplayıb. Bu isə o deməkdir ki, ikinci turda mübarizə R. T. Ərdoğanla K. Kılıçdaroğlu arasında gedəcək. Hazırda siyasi kuluarlarda ən çox bu sual ətrafında müzakirələr gedir: ikinci turda Sinan Oğan kimi dəstəkləyəcək?
Qeyd edək ki, S.Oğanın səslərinin ikinci tur üçün əhəmiyyətli olması onun personasına olan marağı daha da artırıb. Belə ki, seçkinin nəticələri rəsmən elan olunmasa da, həm AKP, həm də CHP tərəfdarlarının S.Oğanla təmasa can atdığı aşkar müşahidə edilir. CHP sədri K. Kılıçdaroğlunun ilkin nəticələr açıqlanandan dərhal sonra S. Oğana arayaraq təbrik etməsi "ATA İttifaqı" namizədinin "kilid adam"a çevrildiyini göstərir.
"Yeni Sabah" ən müxtəlif mənbələrdən aldığı məlumatları şərh edib. Qənaətimizə görə, S.Oğan son qərarını verməyə tələsməyəcək. Onun həm AKP, həm də CHP təmsilçiləri ilə müzakirələr aparacağı gözlənilir. S.Oğanın yalnız bundan sonra mövqeyini açıqlayacağı bildirilir. İlkin ehtimallara görə, 14 may seçkiləri ilə "ulduzu yenidən parlayan" S.Oğan hazırkı Prezident R. T. Ərdoğanın rəhbərlik etdiyi "Cümhur İttifaqı"nın yanında yer alacaq. Onun R. T. Ərdoğanı dəstəkləməsi 2 vacib amillə izah olunur.
Siyasi analitiklərin fikrincə, Yaşıl Sol Partiyasının (YSP) "Millət İttifaqı"nda təmsil olunması S. Oğanı K. Kılıçdaroğlu ilə əməkdaşlığını mümkünsüz edir. Türk milliyətçiliyinin parlayan simalarından olan S. Oğanın hazırda məhbus həyatı yaşayan Selahattin Demirtaş ilə eyni safda yer alması inandırıcı görünmür.
İkinci vacib amil isə sabiq deputatın gələcək karyerası ilə bağlı ciddi planlar qurması ilə bağlıdır. Türkiyə milliyətçilərinin yeni lideri olmağa həvəslənən S. Oğanın indiki həssas məqamda kosmopolit qüvvələrlə eyni cəbhədə yer alıb nüfuzunu itirməsi gözlənilən deyil. Qoca Devlet Bahçelidən və son seçkilərdə xeyli yıpranmış Meral Akşenerdən fərqli olaraq, S. Oğanın hazırda 20%-dən artıq elektorata malik olan türk milliyətçilərinin vahid liderinə çevrilmək şansı var. S. Oğan Milliyətçi Hərəkat Partiyasının (MHP) təmsil olunduğu ittifaqda yer almaqla keçmiş əqidədaşlarının rəğbətini təkrar qazana və aradakı incikliyi unutdura bilər.
Bu iki amil mayın 28-də keçiriləcək prezident seçkilərində S. Oğanın hazırkı dövlət başçısı R. T. Ərdoğanı dəstəkləyəcəyini söyləməyə əsas verir. Yaxın ətrafının saytımıza bildirdiyinə görə, S. Oğanın çevrəsində də bu mövqe hakimdir.

Siyasi       Tarix: 15 may 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler cəbhədən son xeber cəbhədən şad xəbər xəbər.az