Sinan Oğana təklif olunacaq vəzifələr açıqlandı - Maraqlı siyahı

Sinan Oğana təklif olunacaq vəzifələr açıqlandı - Maraqlı siyahıTürkiyədə keçirilən prezident seçkiləri "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğanın qalibiyyəti ilə başa çatdıqdan sonra Ankaradakı mənzərə xüsusi müzakirələrə səbəb olub. Prezidentin Ankarada Prezident Külliyəsi önündəkı çıxışı, ittifaqa daxil olan partiya liderləri ilə yanaşı Sinan Oğanı da səhnəyə dəvət etməsi, onunla xüsusi salamlaşması gecənin ən diqqətçəkən məqamlarından olub. Həmçinin səhnə arxası Prezident sarayında dövlət rəsmiləri və partiya liderləri ilə müzakirədə Oğanın da iştirak etməsi fərqli istiqamətdə dəyələndirilib.
KONKRET.az xəbər verir ki, bəzi siyasi ekspertlər Sinan Oğanın əhəmiyyətli dövlət vəzifələrinə təyin edilə biləcəyini qeyd etsə də, onun Ərdoğandan sonra Türkiyə liderliyinə güclü alternativ namizəd olacağı da iddia edilir.
Bəs bu nə dərəcədə real görünür? Bundan sonrakı müddətdə Oğanın siyasi karyerası necə olacaq?
Mövzunu Globalinfo.az-a şərh edən siyasi analitik, professor Hüsaməddin İnac Sinan Oğanın dəstəyinin seçki prosesindəki rolunu dəyərləndirib:
"Prezident seçkilərinin ikinci turunda Sinan Oğanın Rəcəb Tayyib Ərdoğana dəstək verməsi çox vacib idi. Çünki ölkədə xüsusilə Atatürkçü, türk milliyyətçisi kəsimin "Cümhur İttifaqı" və Ərdoğanın arxasında yer alması seçkilərin taleyi və Türkiyənin gələcəyi üçün çox ciddi əhəmiyyət daşıyırdı. Nəticə etibarı ilə Sinan Oğan doğru tərəfi seçdi və öz düşüncə tərzinə uyğun olan ittifaqa dəstək verdi. Hətta seçkilərdəki qalibiyyətdən sonra Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident Külliyyəsində çıxışı zamanı Sinan Oğanla xüsusi şəkildə salamlaşdı, dəstəyi üçün ona təşəkkür etdiyini bildirdi. Bütün bunlar çox vacib nüanslardır".
Professor Sinan Oğanın növbəti mərhələ Türkiyə prezidenti ola biləcəyi ilə bağlı iddialara aydınlıq gətirib:
"Bundan sonra Meral Akşenerin sədri olduğu "İYİ" Partiyasında daxili boşluq müşahidə olunacaq. Bu partiyaya dəstək verənlərin əksər hissəsi Sinan Oğana yönələcəklər. Bütün bu tərəf dəyişikliyi, fərqli güclərin Oğana dəstəyi onun R.T.Ərdoğandan sonra prezident postuna gələ bilməsi üçün kifayət deyil. Çünki Ədalət və İnkişaf Partiyasının (AKP) 21 il ərzində formalaşmış bir strukturu mövcuddur. Bu struktur daxilində də liderliyə namizədliyi getdikcə güclənən şəxslər var. Nəticədə Sinan Oğanın partiya daxilindən ön plana çıxmaması, keçmiş Milliyyətçi Hərəkat Partiyası (MHP) və Dövlət Baxçalı ilə müəyyən problemlər yaşaması onun üçün dezavantaj formalaşdırır".
Analitik Oğanın yaxın zamanlarda müxtəlif vəzifələrə təyin oluna biləcəyini deyib:
"Amma Sinan Oğan bu müddətdə çox vacib istiqamətlərdə dəyərləndiriləcək. Xüsusilə Türk Dövlətləri Təşkilatında (TDT) vacib vəzifəyə təyin oluna bilər. Yaxud Türkiyənin digər türk dövlətləri ilə əlaqələrin formalaşdırılması və möhkəmləndirilməsi istiqamətində də Oğana vəzifə verilə bilər. Hətta Sinan Oğanın gələcəkdə Türkiyənin Azərbaycandakı səfiri ola biləcəyi də müzakirə edilir. Yəni bu kimi vacib vəzifələrə təyinatı mümkün olsa da, Rəcəb Tayyib Ərdoğandan sonra liderlik funksiyasını icra edəcəyini düşünmürəm".
Qeyd edək ki, seçki prosesindən sonra Türkiyədə boş qalan nazir və digər dövlət vəzifələrinə kimlərin təyin olunacağı yaxın günlərdə açıqlanacaq.

Siyasi       Tarix: 31 may 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər.com havanın temperaturu xəbərlər son xeberler azerbaycan