Siqaret çəkənlər azalıb - STATİSTİKA
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada tütün istehlakının azaldığını açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə ÜST-nin saytında dərc edilmiş hesabatda qeyd olunub.
2022-ci ildə, ÜST-nin hesablamalarına görə, dünyada təxminən 1,25 milyard insan və ya planetin hər beş "böyüyündən" biri tütündən istifadə edib. 2000-ci ildə 1,36 milyard insan və ya planetin hər üçüncü adamı tütün istehlak edib.
Ətraflı
Bildirilib ki, 2000-ci ildə dünya üzrə kişilərin 49,1%-i və qadınların 16,3%-i bu və ya digər formada tütündən istifadə edib. O vaxtdan tütün sənayesinin inkişafına baxmayaraq, dünya əhalisi arasında tütündən istifadə azalmağa başlayıb. ÜST-ün proqnozlarına görə, tütün asılılığı ilə mübarizə tədbirlərinin intensivliyi davam edərsə, onun yayılması 2025-ci ildə 32,9%-ə, 2030-cu ilə qədər isə 30,6%-ə qədər azalacaq.
Hesabata görə, 2022-ci ildə tütündən istifadə edən əhalinin ən yüksək nisbəti Cənub-Şərqi Asiya regionunda qeydə alınıb – 26,5%. Avropa regionunda insanların 25,3%-i tütündən istifadə edib və burada qadınlar arasında tütündən istifadə səviyyəsi dünya üzrə orta göstəricidən iki dəfə çox olub.
2022-ci ilin sonuna qədər 150 ölkədə tütündən istifadənin yayılması azalıb. Bununla belə, Konqo, Misir, İndoneziya, İordaniya, Oman və Moldova kimi ölkələrdə tütün istehlakı nisbətləri hələ də artmaqdadır.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var