Siqaret çəkənlərə DƏHŞƏTLİ XƏBƏR - ARAŞDIRMA
Amerika alimləri müəyyən ediblər ki, insan nə qədər çox siqaret çəkirsə, beyni də bir o qədər kiçik olur.
KONKRET.azxəbər verir ki, alimlərin araşdırmasının nəticələri "Biological Psychiatry Global Open Science" jurnalında dərc olunub.
Mütəxəssislər araşdırma üçün beyin görüntüləri əldə edilən 40 mindən çox iştirakçının məlumatlarını təhlil ediblər. Araşdırmada 32 094 nəfərin siqaret çəkmə tarixi və genetik riskləri nəzərə alınıb.
Alimlər uzun illər əvvəl siqareti tərgitmiş insanlar haqqında məlumatları təhlil edərək aşkarlayıblar ki, onların beyinləri siqaret çəkməyən insanların beynindən daha kiçikdir.
Beyin isə nə qədər kiçik olursa, insanda düşünmə qabiliyyəti getdikcə itir. Beyin bəzi funksiyalarını itirdikdə, düzgün işləməyi dayandırır. Bu, gündəlik fəaliyyətə mane olur və normal işləməyi çətinləşdirir. Uzun illər siqaret çəkən insanlar beyindəki sinir hüceyrələrini zədələyə bilər ki, bu da funksiyalara ciddi təsir göstərər.
Buna tibdə demans deyilir. Bu söz müxtəlif xəstəliklərin və ya sağlamlıq problemlərinin səbəb olduğu geniş spektrli simptomları təsvir etmək üçün istifadə olunur. Demansın müxtəlif növləri var. Ən çox yayılmış növü isə alzhaymer xəstəliyidir.
Demans uzun müddət ərzində tədricən inkişaf edir.
Burhan,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var