Sirkə içərək ölən qadını koronavirus xəstəsi kimi qeyd etdilər – Bacısından şok detallar

Sirkə içərək ölən qadını koronavirus xəstəsi kimi qeyd etdilər – Bacısından şok detallar 20 gün əvvəl 33 yaşı bacısı Valeriya sirkə içərək zəhərləndiyindən yerli xəstəxanaya aparılan Nataliya Petuxovaya bacısının öldüyünü xəbər veriblər. Hadisə Rusiyanın Abakan vilayətində baş verib.
Meyiti götürmək üçün xəstəxanaya getdikdə, imza çəkməsi üçün verilən sənəddə gördükləri onu şoka salır. Kağızda xəstənin yeni koronavirus infeksiyasından öldüyü yazılmışdı.
Milli.Az medicina.az-a istinadən bildirir ki, Morqun rəhbəri ailə üzvü kimi Nataliyadan bu sənədə imza çəkməsini tələb edir, əks təqdirdə dəfnə icazə verilməyəcək.
"Mənim bacım yarım ay əvvəl sirkə içmişdi. Onu reanimasiyaya yerləşdirdilər, hətta qida borusu yandığı üçün əməliyyat da etdilər. Vəziyyəti ağır idi. Ölüm xəbərini eşidən kimi meyitini götürmək üçün gəlmişəm. Morqda mənə meyiti vermirlər. Ancaq bu sənədə qol çəkəndən sonra çıxaracaqlar. Deyirlər, meyiti xlorlayıb, sellofana büküb,əşyalarını da üzərinə qoyaraq, bağlı tabutda xüsusi yerdə dəfn edəcəyik. Burda isə yazılıb bacım yeni koronavirusdan ölüb. Sirkə hara, koronavirus hara. Mənə dəqiq heç nə demirlər"
Abakan xəstəxanası hazırda koronavirusa görə karantinə bağlanıb. Ölən şəxsin öncədən koronavirus testinin və meyitin müayinəsinin sənədi də ailəsinə təqdim olunmur.
Xəstəxananın tibbi eksperti Roman Oqnerubov meyitin dəfn üçün ailəsinə verilməməsinin və sənəddə koronavirus yazılmasının səbəblərini belə açıqlayıb:
"Həmin xəstə 15 gündür karantinə bağlanmış və daxilində çox sayda yoluxmuş xəstə olan tibb müəssisəsində vəfat edib. Ola bilər, o öncədən ayrı diaqnozla bura gətirilib. Amma biz onun meyitini ailəsinə əvvəki qaydada verə bilmərik. Bu onlar üçün böyük riskdir.
Biz bu xəstəxanadan çıxan hər bir meyiti koronavirus xəstəsində həyata keçiriləcək gigiyenik təhlükəsizlik qaydalarına ciddi əməl etməklə sanitar işçilərin müşayiəti ilə dəfn etməliyik.
Bu xəstələr xəstəxanada koronavirus daşıyıcıları ilə kontaktda olub. Xəstənin bacısına verilən o sənəd diaqnoz kağızı deyil. Sadəcə meyitin koronaviruslu xəstənin dəfni şərtlərinə əməl olunaraq dəfn edilməsi üçün lazımdır ki, prosesual olaraq qaydalara əməl olunsun".
Nataliya Petuxova məsələ ilə bağlı polisə ərizə verib. Amma yenə də onun bacısı ciddi qaydada, bağlı tabutda, sanitarlar tərəfindən dəfn ediləcək. Ailə üzvləri məsafəni gözləməklə qəbristanlıqda dayanıb prosesi izləyə bilərlər.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 14 may 2020
f Paylaş

Oxşar xəbərlər

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları


son xeberler azerbaycan xeberleri yeni xeberler az xeber dunya xeberleri xeberler az en sonxeber