Şirkət çirkab suların ətraf əraziyə axıdılmasına görə cərimələndi
Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ətraf mühitin qorunması, ekoloji tarazlığın təmin olunması və bu sahədə törədilmiş hüquqpozmaların araşdırılması, cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Open.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsinin bir qrup sakininin ərazidə yerləşən "Məmmədoğullar" MMC-nin servis yerlərindən axıdılan kanalizasiya və çirkab sularının yaşayış zonasında antisanitariya vəziyyəti yaratmasına dair bəzi kütləvi informasiya vasitələrində dərc olunmuş məqalələrdə göstərilən hallar ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi və Binəqədi rayon prokurorluğu tərəfindən birgə araşdırma aparılıb.
Araşdırmalarla MMC-nin fəaliyyəti ilə əlaqədar yaranan çirkab sularının ətraf əraziyə axıdılması nəticəsində tullantı sularının kənara təyinatsız axıdılmasını ehtiva edən inzibati xəta törədilməsi müəyyən edilib.
Araşdırma nəticəsində toplanan material müvafiq qərar qəbul edilməsindən ötrü Binəqədi Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə "Məhəmmədoğulları" MMC İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü (içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2 min manat məbləğində cərimə edilib.

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib