Şirkət direktoru Prokurorluğa müraciət edib
Baş Prokurorluğun sosial şəbəkə hesablarında paylaşımların şərh bölmələrində, eləcə də birbaşa məktub vasitəsilə prokurorluq orqanlarına şikayət edərək müraciəti müsbət həll olunmuş çoxsaylı vətəndaşların öz məmnunluqlarını ifadə etdikləri görüntülər Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən videoçarx şəklində hazırlanaraq #sözvətəndaşda həştəqi altında ictimaiyyətə təqdim olunur.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, hazırda təqdim olunan video isə "Orbit-ay LTD" MMC-nin icraçı direktoru Rəsmiyyə Qazıyevanın prokurorluq orqanlarına müraciətidir.
Təqdim olunmuş videonu Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləyə bilərsiniz.
Məlumat üçün bildirilməlidir ki, "Orbit-ay LTD" MMC-nin icraçı direktoru Rəsmiyyə Qazıyevanın həmin MMC-nin direktor müavini vəzifəsində işləmiş Xatirə Həmidova tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş cəmiyyətin xeyli miqdarda pul vəsaitini ələ keçirməsi barədə müraciəti əsasında Nizami rayon prokurorluğu tərəfindən fakt üzrə 26.11.2019-cu il tarixdə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır.
Nizami rayon prokurorluğu tərəfindən aparılmış istintaqla Xatirə Həmidovanın cəmi 39 min 107 manat məbləğdə pul vəsaitini cəmiyyətin bank hesabında çeklərə imza etməklə ələ keçirib cəmiyyətin kassasına mədaxil etməməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
19.08.2020-ci il tarixdə Xatirə Həmidova Cinayət Məcəlləsinin 179.2.2 (mənimsəmə təkrar törədildikdə), 179.2.3 (mənimsəmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (mənimsəmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd olunan maddələrlə ittiham elan edilmiş və ibtidai istintaq yekunlaşdırılaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Nizami rayon məhkəməsinə göndərilmişdir.
Əminliklə bildiririk ki, vətəndaş məmnuniyyətinin təmin olunması prokurorluq orqanları üçün hər zaman prioritet məsələdir.

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib