Şirkətlər bu bankdan depozitləri geri çəkir - Aktivləri azalıb

Şirkətlər bu bankdan depozitləri geri çəkir - Aktivləri azalıb"Premium Bank" 2024-cü ilin birinci yarımili üzrə maliyyə hesabatını açıqlayıb.
KONKRET.azApa-ya istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində "Premium Bank"ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.7% artaraq 5 milyon 673 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 5 milyon 112 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın xalis faiz gəlirləri 5.6% azalaraq 10 milyon 298 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 7.9 milyon manata ( illik müqayisədə 9.1% az), qeyri-faiz xərcləri isə 12.7 milyon manata ( illik müqayisədə 14.7% az) bərabər olub. Beləliklə bank bu dövrdə 5 milyon 858 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21.5% çoxdur.
Bu ilin altı ayın bankın aktivləri kiçilib. Belə ki, cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 5.5% və ya 37.8 milyon manat azalaraq 647 milyon 308 min manata enib. Cari ilin ilk 6 ayında "Premium Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 13 milyon manat azalaraq 471 milyon 853 min manata düşüb. Bankın kredit portfelində istehlak kreditləri 25.8 milyon manat ,biznes kreditləri 374.5 milyon manat, daşınmaz əmlak kreditləri isə 71.5 milyon manat təşkil edib.
Bu dövrdə "Premium Bank"ın cəmi öhdəlikləri 473 milyon 99 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 6.8% və ya 34.7 milyon manat azdır. Hesabat dövründə bankda fiziki şəxslərin və hüquqi şəxslərin depozit portfeli azalıb. Belə ki, cari ilin iyulun 1-nə bankda fiziki şəxslərin depozitləri 2.2% və ya 7.2 milyon manat azalaraq 323.7 milyon manat, hüquqi şəxslərin ( şirkətlərin) depozitləri isə 33% və ya 31.6 milyon manat azalaraq 64.3 milyon manat təşkil edib. Beləliklə bankın ümumi depozit portfeli cari ilin ilk 6 ayında 10% və ya 38.8 milyon manat azalaraq 387.9 milyon manata enib.
2024-cü il iyul ayının 1-nə "Premium Bank" nın cəmi kapitalı ilin əvvəlinə nisbətən 1.7% və ya 3 milyon manat azalaraq 174 milyon 208 min manat təşkil edib.

Sosial       Tarix: 13 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü


azerbaycan xeberleri yeni xeberler son xeberler idman xeberleri beynelxalq bank mezenne kriminal xeberler valyuta mezennesi banklar