Şirvanda saxta pul ƏMƏLİYYATI
Şirvanda saxta pul dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən azxeber.com-a verilən xəbərə görə, polis əməkdaşları şəhər ərazisində saxta pulların dövriyyəsi ilə məşğul olan Mərahim Fərəcovun saxlanılması istiqamətində əməliyyat tədbiri keçirib.
Adıçəkilən şəxs özünə xəsarət yetirərək məsuliyyətdən yayınmağa çalışıb. Onun bu cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb və sonuncu saxlanılaraq istintaqa təhvil verilib.
Həmin şəxsdən psixotrop maddə olan metamfetamin, eləcə də saxta pul əskinasları götürülüb.
Faktla əlaqədar cinayət işi açılıb, M.Fərəcov barəsində məhkəmənin qərarı ilə həbsqətimkan tədbiri seçilib, araşdırmalar aparılır.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır