Şit zarafat, bayağı gülüş, yoxsa bisavadlıq? - Əməkdar artist QƏZƏBLƏNDİ
Şit zarafat, bayağı gülüş, yoxsa bisavadlıq? - Əməkdar artist QƏZƏBLƏNDİ
"İndiki komediyalar əvvəlki illərlə müqayisədə cılızlaşıb. Bunun da səbəbləri var. Aktyor plastilin kimidir, onu yönləndirmək üçün yaxşı rejissor lazımdır. Amma hər rejissor bunun öhdəsindən gələ bilmir. Rejissorlarımız bunu istəmir və çox tənbəldirlər".
Bunu "Bugünkü komediyalar əvvəlki illərdə olduğu kimi tamaşaçını güldürməklə bərabər düşündürə bilirmi?" sualını cavablandırarkən tanınmış aktyor, Əməkdar artist Çingiz Əhmədov Yenicag.az-a açıqlamasında deyib.
Aktyor hesab edir ki, keyfiyyətli gülüş üçün ilk növbədə səhnə əsərləri yazılmalıdır:
"Keyfiyyətli komediya üçün ilk növbədə ssenarilər yazan yazıçılar olmalıdır. Sovet dönəmində Seyfəddin Dağlı, Salam Qədirzadə və digər məşhur dramaturqlar var idi və gözəl səhnə əsərləri yazırdılar. O səhnə əsərləri əsasında da keyfiyyətli komediyalar təqdim olunurdu. Bu gün teatrda o komediyaları görə bilmirik. Çünki bunun üçün səhnə əsərləri yazılmalıdır. Amma indi bu sahədə yazan yazarlar barmaqla sayılacaq qədər azdır. Vaxtilə gözəl səhnə əsərləri var idi, tamaşalar hazırlanırdı. Tamaşaçılar o səhnəcikləri istər efirdən, istərsə də teatrda, görüşlərdə maraqla izləyirdilər. Mən Hacıbaba Bağırovun teatrında çalışanda o, mənə komediyanın bütün incəliklərini öyrədirdi. Hətta yadımdadır ki, bir dəfə Musiqili Teatrdan küsüb getdim, amma Hacıbaba müəllim məni yenidən teatra qaytardı. Çünki mənə çox inanırdı". / oxu.az
Xidmetler [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Qızıl və gümüş bahalaşdı
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib