Siyasi şərhçi: Fransanın Ermənistanın "nazı ilə oynaması" regionda Rusiyaya qarşı cəbhə açmaq niyyətindən qaynaqlanır

Siyasi şərhçi: Fransanın Ermənistanın Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirərək tarixi torpaqlarını erməni işğalçılarından azad etdi. Dövlətimiz ardınca ciddi siyasi, diplomatik və hərbi həmlələrlə Vətən torpaqlarımızdakı separatçılıq yuvalarını tamamilə sıradan çıxardı və bütün ərazilərimizdə suverenliyimiz tam bərpa olundu. Hərbi münaqişələrin, siyasi toqquşmaların, bölücülük meyillərinin bütün dünyanı cənginə aldığı bir dönəmdə Azərbaycanın Qarabağ problemini beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həll etməsi beynəlxalq birlik tərəfindən də böyük təqdirlə qarşılandı. Hazırda Ermənistanla sülh sazişinin imzalanması, sərhədlərin qarşılıqlı tanınması ilə bağlı intensiv danışıqlar aparılır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.
F.Şahbazlı qeyd edib ki, uzunmüddətli böhranın tam şəkildə həllinə son dərəcə yaxın bir vaxtda Fransa peyda olur və artıq "ölmüş" separatçı rejimin "dirildilməsi" uğrunda mübarizə aparacağını elan edir. Fransa Ermənistana davamlı silah yardımları göstərir, beynəlxalq qurumlarda Azərbaycan əleyhinə qarayaxma kampaniyaları təşkil edir. Bunun nəticəsidir ki, son dönəmlərdə Ermənistan Azərbaycanla şərti dövlət sərhədində mütəmadi hərbi təxribatlar törədir. Bu hərbi təxribatların aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Ermənistan-Avropa İttifaqının üçtərəfli görüşü ərəfəsində və görüşdən sonra baş verməsi təsadüfi deyil. Ermənistan bu görüşdən və Fransanın "bacılığı"ndan güc alaraq regionu yenidən "barıt çəlləyi"nə çevirmək istəyir.
Siyasi ekspertin sözlərinə görə, Emmanuel Makron, onun nazirləri, merləri, hətta ətirsatanları belə Bakını sanksiyalar və az qala silahlı müdaxilə ilə hədələyirlər. Niyə? Nə üçün? Hər şeydən əvvəl ona görə ki, Fransanın xarici siyasəti müasir tarixində heç vaxt olmadığı qədər ciddi böhran keçirir. Onu keçmiş koloniyalarından – Mərkəzi və Qərbi Afrika ölkələri olan Malidən, Mərkəzi Afrika Respublikasından, Nigerdən, Burkina-Fasodan qovurlar. Qabonda da Fransayönümlü administrasiya devrilir, müstəmləkə dövründən qalma fransız hərbçilər, firmalar və mütəxəssislər ölkədən çıxarılır, hərbi-siyasi və iqtisadi müqavilələrə xitam verilir. Şimali Afrikadakı ərəb ölkələri də fransızlara qarşı soyuq düşmənçilik nümayiş etdirir. İkincisi, Fransa təkcə uğursuz xarici siyasət ölkəsi deyil, eyni zamanda, uzun müddətdən bəri fitilinə heç kimin toxunmadığı bir "barıt çəlləyi"dir. Bu ölkənin həll edilməmiş etnik, milli və dini problemləri, Korsikada silahlı separatçılıq kimi gizli problemləri var. Bretan bölgəsində də separatçı təşkilatlar fəaliyyət göstərir. Belə bir şəraitdə kimsə bu insanların mübarizə və azadlıq duyğularını hiss etmək, bu mübarizəni müxtəlif mexanizmlərlə dəstəkləmək istəsə nə baş verəcək?! Sualın özündə cavab da var… Fransa əhalisinin on milyona yaxınını mühacirlər təşkil edir ki, onların də əksəriyyəti müsəlmanlardır. Onlar kompakt anklavlarda və gettolarda "fransızca" deyil, özlərinin milli-dini qaydalarına uyğun yaşayırlar. Onların "mədəniləşdirilməsi" siyasəti isə çoxdan iflasa uğrayıb. İndi kimsə onları açıq şəkildə etnik və dini hüquqları uğrunda mübarizəyə çağırsa, tələblərini maliyyələşdirib dəstəkləsə, onları Fransa dövlətindən ayrılmağa, hüquqi və inzibati muxtariyyətə nail olmaq üçün mübarizəyə şirnikləndirsə nə baş verəcək? Düşünürük ki, yenə də əlavə izaha ehtiyac yoxdur.
"Onsuz da boğaza qədər "zibil"in içində olan rəsmi Paris özünün qeyri-məntiqi siyasəti ilə Azərbaycanı qorxutmağa çalışır. Əslində, bu zavallıları qınamaq da olmur. Çünki tarixi təcrübə göstərir ki, çürüməkdə, ölməkdə olan imperialist dövlətlər adətən bu cür vəziyyətlərdən müharibələr vasitəsilə çıxmağa çalışırlar. Fransanın Kiyevə cani-dildən dəstək verməsi də Ukrayna xalqına sonsuz sevgidən deyil, Napoleon Bonapartı Parisə qədər qovan, sonra onu Vaterloya, daha sonra Müqəddəs Yelena adasına sürgün edən ruslara nifrətdən və fransızların diqqətini yuxarıda sadaladığımız problemlərdən yayındırmaq məqsədi daşıyır. Elə Emmanuel Makronun Ermənistanın "nazı ilə oynaması"da haylara pərəstişindən deyil, Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyətindən qaynaqlanır. Bunu nisbətən ayıq erməni siyasətçiləri də başa düşürlər və Nikol Paşinyanı özünün bu "qul xisləti"ndən əl çəkməyə çağırırlar", - deyə F.Şahbazlı vurğulayıb. / azxeber.com

Siyasi       Tarix: 15 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar. Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

Azərbaycan Prezidenti Dublində rumıniyalı həmkarı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimi

Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan 12-13 noyabr tarixlərində İrlandiya Respublikasında işgüzar səfərdə olacaq. xəbər verir ki, bunu erməni Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan deyib. Paşinyan Dublində 9-c

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliyinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabınd

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikas

Azərbaycan və Britaniya arasında razılaşma: Yeni iş yerləri yaradılacaq

Azərbaycan və Böyük Britaniya ticarət, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək, həmçinin Orta Dəhlizin inkişafını dəstəkləyəcəklər. xəbər verir ki, sözügedən məsələ Azərbaycan Respublikas

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral

Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"

Ermənistanın "Güclü Ermənistan" fraksiyasından olan deputat Edqar Qazaryan baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib. xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. "Banan səyyahı"


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler cebheden xeberler valyuta mezennesi 2026 xeberler bugun