Qara mühasibatlıq geri qayıdır? - Yanvardan işçiləri dəyişiklik gözləyir
Mətbuatda dolaşan xəbərlərdən və dövlət məmurlarının verdiyi məlumatlardan belə məlum olur ki, qeyri dövlət və qeyri neft sektorunda çalışanların maaşlarından tutulacaq verginin dərəcəsi 50 faiz azaldılacaq. 7 il bundan əvvəl 14 faiz idisə, yanvardan 7 faiz olacaq".
KONKRET.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. O bildirib ki, vergi güzəştinin ləğvi cəmiyyətə daha əvvəldən açıqlanmalı deyib:
"Mən hələ iyul ayında yazmışdım ki, 6 ay sonra vergi güzəşti ləğv olunacaq. Həmin vaxt bu barədə məlumat verilmirdi. Belə bir xəbəri ilin sonunda açıqlamaq düzgün deyil. Dünya ölkələrinin bir çoxunda bu cür iqtisadi qanun layihələri ilə bağlı 6 ay yaxud 1 il öncədən ictimaiyyətə məlumat verilir".
Hüquqşünas qeyd edib ki, maaşdan vergi tutulması "qara mühasibatlığa" və iş ixtisarlarına gətirib çıxaracaq:
"Burada bir neçə tendensiya olacaq. "Qara mühasibatlıq" artacaq, işçilər sadəcə ixtisas olunacaq. Tutaq ki, bir sahədə 5 işçi var idi. İndi həmin işdə 3-nü saxlayıb, onların maaşını biraz artıracaqlar. İş yerləri bağlanacaq. İşçilərə də deyəcəklər ki, işləmək istəmirsinizsə, sizin yerinizə işləmək istəyən çoxdur. İşsizlik artacaq. Bəzi sahibkarlar isə ümumiyyətlə bizneslərini bağlayacaqlar. Aydındır ki, vergi artımın nəticəsi "qara mühasibatlığı", iş ixtisarlarını artıracaq".
Qeyd edək ki, ötən gün keçirilən Milli Məclisin plenar iclasında çıxışı zamanı maliyyənaziri Sahil Babayev 2500 manata qədər maaş alanların gəlir vergisinin 14%-dən 7%-ə salındığını bildirib.
Bu güzəştdən hansı sahədə çalışan şəxslərin yararlanacağı, həm özəl, həm dədövlət işçilərinə şamil olunub-olunmayacağı mraq doğurur. Eləcə dəprosesin mərhələli olması, hansı ildə neçəfaiz vergi veriləcəyi kimi məsələlər də sual yaradır.
Turlar.az [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib