SOCAR yeni inkişaf strategiyasının prioritetlərini açıqladı

SOCAR yeni inkişaf strategiyasının prioritetlərini açıqladıHələ bir müddət əvvəl McKinsey şirkəti ilə birlikdə SOCAR-ın 2035-ci ilə qədər olan dövrü əhatə edən yeni inkişaf strategiyası hazırlanmışdır və bütün təfərrüatı ilə hökumətə təqdim ediləcək.
Milli.Az bildirir ki, bu barədə şirkətin prezidenti Rövnəq Abdullayev rəsmi mətbuata açıqlamasında deyib.
R.Abdullayevin sözlərinə görə, strategiyanın əsas prinsipləri sırasında şirkətin dayanıqlı inkişafı, təkmilləşmiş effektiv idarətmə sisteminin tətbiqi, sosial və ekoloji məsuliyyətin artırılması, ölkənin yanacaq-enerji tələbatı ehtiyaclarının dəyərləndirilməsi və şirkətin gəlirliliyinin təmin olunması ilə yanaşı, borclanmanın idarə olunması da mühüm yer tutur:
"Şirkətin idarəetmə modelinin təkmilləşdirilməsi, funksional idarəetmənin mərkəzləşdirilməsi, biznes əməliyyatlarının çevikliyinə nail olunması, bürokratik maneələrin aradan qaldırılması, idarəçilik proseslərinin sadələşdirilməsi bu məqsədlə nəzərdə tutulan mütləq şərtlərdəndir.
"2035-ci ilə kimi Korporativ Strategiya" SOCAR-ın qlobal, regional və yerli layihələrinin inkişaf tendensiyalarını bütövlükdə əks etdirir, neft-qaz sənayesində gələcək fəaliyyətin koordinasiyasını, dəyər zəncirinin inteqrasiyasının əsas istiqamətlərini müəyyən edir. Sənaye 4.0 tələblərinə uyğun olaraq hazırlanmış sənəddə istehsal tsiklinin rəqəmsallaşmasına, innovasiya və vençur layihələrinə ayrılan investisiya həcmlərinin artırılmasına, kadr potensialının ixtisasdəyişmə və ixtisasartırma proqramları vasitəsilə optimallaşdırılmasına xüsusi yer ayrılıb ki, bununla da şirkətimizin sosial məşğulluq üzrə öhdəliklərinin daha dayanıqlı şəkildə yerinə yetirilməsinə nail olunacaq. Yeni strategiya əsasında investisiya portfelimizi təkrar nəzərdən keçirərək, biznesimizin dayanıqlılığını təmin etmək, habelə şirkətin əməliyyat modelinin səmərəliliyini artırmaq əzmindəyik.
Respublikanın neftə, qaza, emal və kimya məhsullarına olan daxili tələbatını tam təmin etməklə, regional və qlobal enerji təhlükəsizliyində Azərbaycanın payını durmadan artırmaq həmişə olduğu kimi, başlıca strateji hədəflərimizdən biridir. Bu gün bütün dünyada üstünlük bərpa olunan enerjiyə verilir və bu istiqamətdə gedən transformasiya prosesləri dəstəklənir. Bu kursun perspektivi nəzərə alınaraq, gələcək illərdə aşağı karbon emissiyalı biznesin, sirkulyar iqtisadiyyatın və ekoloji cəhətdən daha təmiz əməliyyatların stimullaşdırılmasını qarşıya vacib məqsədlər kimi qoymuşuq. İnanırıq ki, "SOCAR-ın 2035-ci ilə kimi Korporativ Strategiyası" bizi bu məqsədlərə daha da yaxınlaşdıracaq və nəticə etibarilə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına mühüm töhfə verəcək.
Azərbaycanın qlobal brendi olan SOCAR artıq aparıcı enerji şirkətləri ilə bir sırada dayanır. Odur ki, Sənaye 4.0 çağırışları istiqamətində aparılan islahatların davam etdirilməsi və intensivləşdirilməsi zərurəti bu gün daha aktualdır. Rəqəmsal texnologiyalar iri müəssisələrdə fəaliyyətin optimallaşması üçün imkanları genişləndirir, iqtisadi səmərəliliyi, ekoloji effektivliyi və əməyin təhlükəsizliyini dəfələrlə artırır. Son illər ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirdiyi genişmiqyaslı layihələr çərçivəsində SOCAR-ın əldə etdiyi nailiyyətlər ilk növbədə onunla əlaqədardır ki, biz enerji sektorunda ən müasir rəqəmsal texnologiyalardan istifadə edərək zamanla ayaqlaşmağa çalışmış və buna nail olmağı bacarmışıq. Qarşıda duran vəzifələrin icrası istiqamətində fəaliyyətini məhz bu kriteriyalar əsasında həyata keçirən SOCAR nəzərəçarpacaq irəliləyişlərə imza atıb və uğurlu strateji həmlələrini davam etdirir. Türkiyədəki ən mühüm aktivlərimizdən olan "PETKİM" holdinqi dünyanın aparıcı rəqəmsal şirkətlər arasında özünə layiqli yer tutaraq, rəqəmsal sistemin tətbiqli vasitəsilə əldə etdiyi Sənaye 4.0 standartı sayəsində Dünya İqtisadi Forumunun (WEF) "Global Lighthouse Network"una seçildi. "PETKİM" 2018-ci ildə təsis edilən və "gələcəyin fabrikləri" kimi qəbul olunan 44 üzvdən ibarət "Global Lighthouse Network"ə 2020-ci ildə Türkiyədən seçilən yeganə şirkətdir.
Son illərdə istismara başlamış yeni tipli müəssisəslərimizdə - "SOCAR-Polymer" kompleksinin polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edən yüksək texnologiyalı zavodlarında, Türkiyədə "STAR" neft emalı zavodunda, Sumqayıt kimya-sənaye parkı layihəsi çərçivəsində istifadəyə verilmiş Karbamid zavodunda ən qabaqcıl texnologiyalardan, xüsusilə də rəqəmsal texnologiyalardan istifadə olunur.
Bu gün SOCAR planauyğun şəkildə yataqların kəşfiyyatından, karbohidrogenlərin nəqlindən tutmuş son emal prosesinə qədər bütün fəaliyyət sahələrində rəqəmsallaşdırma proqramını uğurla həyata keçirir. Xarici tərəfdaşlarımızla birgə həyata keçirdiyimiz layihələr bu uğurların qazanılmasında mühüm rol oynamışdır. Əməkdaşlıq fəaliyyətlərimiz boyunca qiymətli təcrübə əldə edərək, qabaqcıl praktikanın mənimsənilməsi üzrə uzun bir yol keçmişik. SOCAR bu gün SAP UFAM əsasında "Rəqəmsal yataq" layihəsinə start verərək, neft və qazçıxarma əməliyyatlarını təkmilləşdirir. Bununla da SAP UFAM (SAP və OIS-in birgə həlli) istehsal proseslərini vahid sistemdə birəşdirərək, müəssisənin rəqəmsal nüvəsi olan SAP ERP proqram təminatı ilə inteqrasiya edəcək. Qeyd edək ki, bütün neft hasilatı proseslərinin inteqrasiyalı planlaşdırılması, modelləşdirilməsi, təhlili və monitorinqinə imkan verən vahid məlumat mənbəyinin yaradılması layihəsi SOCAR, Caspian Innovation Center (Xəzər İnnovasiya Mərkəzi), SAP Digital Business Services və OIS əməkdaşları tərəfindən mərhələli olaraq həyata keçirilir. İlk növbədə əsas biznes prosesləri, verilənlər və onların SOCAR-ın ölçmə sistem-mənbələrinə inteqrasiyası, korporativ verilənlər anbarı və SAP ERP rəqəmsal nüvəsi ilə inteqrasiyası üzrə həllər işlənib hazırlanıb. Artıq SOCAR-ın iki neftqazçıxarma idarəsində rəqəmsal üsul razılaşdırılmış alqoritmlər sistemində reallaşdırılıb və sınaqdan keçirilib. Geoloji-texnoloji tədbirlərin seçilməsi, quyuların işinin təhlili, istehsalat prosesinin interqasiyalı modeli və planlaşdırılması üzrə rəqəmsal platformanın funksionallığı nümayiş etdirilib. Əsas istifadəçilər üçün təlimlər keçirilib, eləcə də müxtəlif məlumat qruplarının yoxlanılması və sistemə yüklənməsi üçün qruplar üzrə məsul mütəxəssislər təyin olunub. Rəqəmsal platforma itkilərin əhəmiyyətli dərəcədə azaldılmasına, qərarvermənin dəstəklənməsinə, statik və dinamik məhdudiyyətlərin hesablanması üçün daimi fəaliyyətdə olan aktiv modelin yaradılmasına, bütün biznes obyektlərinin (quyu, boru kəməri, yerüstü avadanlıq, energetika obyektləri və s.) monitorinq panelindəki xəritədə real vaxt rejimində əks olunmasına və onların pasportlarının, son və cari iş parametrlərinin tərtib edilməsinə imkan verir".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 19 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son məlumat son xeber az son xeber sou xeberler