Soçi görüşündə nə baş verəcək? – "Qarabağda yaşayan əhalinin taleyi

Soçi görüşündə nə baş verəcək? – "Bu gün baş tutacaq Soçi görüşü Rusiyanın vasitəçiliyi ilə son iki il müddətində keçirilən görüşlərin içərisində, bəlkə də, ən gərgin keçəni olacaq".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. O, qeyd edib ki, Putin və Paşinyan heç də xoş olmayan fikirlər səsləndirdilər:
Soçi görüşündə nə baş verəcək? – "Çünki görüş öncəsi Rusiya prezidenti Putin, eyni zamanda Ermənistan Baş naziri Paşinyan heç də xoş, konstruktiv olmayan fikirlər səsləndirdilər. Xüsusilə, Putinin "Valday" Diskussiya Klubunda Qarabağla bağlı söylədiyi fikirlər, hesab edirəm ki, vəziyyətin normallaşmasına yox, bir az da gərginləşməsinə xidmət edəcək. Çünki Putin o fikirlərində, sanki belə bir şey nəzərdə tutdu ki, guya Qarabağ Rusiyanın ərazisidir, onun taleyini də Rusiya həll edir, elə bilir ki, necə istəsə elə olacaq. Ancaq bunlar hamısı absurddur. Bunlar işğalçı, müstəmləkəçi Rusiya İmperiyasının xam xəyallarıdır. Bu xəyallar həyata keçmişdi 200-250 il bundan əvvəl, Sovet dövründə də. Ancaq bu gün Azərbaycan müstəqil, suveren dövlətdir. Qarabağ da Azərbaycanın ərazisidir. Qarabağın və Qarabağda yaşayan əhalinin milliyətindən asılı olmayaraq, taleyi Azərbaycan tərəfindən və bizim qanunlara əsasən həll olunur".
Deputat qeyd edib ki, Paşinyanın yenə də təlxək ritorikası ilə bir-birinə zidd fikirlər səsləndirməsi gördük:
"Paşinyanın həmişə olduğu kimi, yenə təlxək ritorikası ilə cürbəcür bir-birinə zidd fikirlər səsləndirməsi gördük. Həm bəyan etdi ki, bütün dünya ölkələri Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir. Ondan sonra da bəyan edir ki, Qarabağ Azərbaycanın tabeliyində qala bilməz, təklif edəcəyik ki, sülhməramlılar 15 il də qalsın. Bu cür sərsəmləmələr beynəlxalq hüquqa ziddir. Adını çəkdiyim hər iki dövlət rəhbəri tərəfindən səsləndirilən fikirlər onu deməyə əsas verir ki, bugünkü Soçi görüşü gərgin keçəcək".
E.Məmmədov bildirib ki, indi Azərbaycan bu meydanda tək deyil:
"Mən belə hesab edirəm ki, hələ torpaqlarımız işğal altında olan dövrdə 30 il ərzində həmin Rusiya, Fransa, ABŞ Azərbaycanın iradəsini çox sınağa çəkdilər. Bu iradəni sındırmaq üçün çalışdılar, ancaq buna nail ola bilmədilər. Hələ o dövrdə Azərbaycan çox güclü deyildi, amma bu gün Azərbaycan güclü dövlətdir, güclü ordusu var və qalib durumdadır. Buna görə, Azərbaycanla bu cür dillə danışmaq olmaz. Azərbaycanı nəyəsə təhrik etmək kiməsə xeyir verməyəcək. Putin onu da nəzərə almalıdır ki, Azərbaycan o dövrlərdə olduğu kimi, indi danışıqlar və hərb meydanında tək deyil. Bu gün Azərbaycanın qardaş Türkiyə kimi güclü müttəfiqi var. Bu məsələlərdə bizim çox dəyərli dost, qardaşlarımız var".
Aydın Nuri

Siyasi       Tarix: 01 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində


azerbaycan xeberleri yeni xeberler son xeberler maraqlı xəbərlər cəbhədən son görüntülər hava proqnozu metbuat