Soçi görüşündə Paşinyanın bəzi pozuculuq cəhdləri baş tutmadı - DETALLAR
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Soçi görüşünün bəzi təfərrüatları üzə çıxıb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, görüşün gedişində Nikol Paşinyan bəzi iddialarla çıxış edib, müəyyən pozucu cəhdlərə əl atıb.
O, Azərbaycanın 2021-ci ilin may ayında Ermənistan sərhədini pozduğunu iddia edərək, görüşün yekunlarına dair Bəyanata 2021-ci ilin may ayından əvvəlki status-kvonun bərpa olunmasının salınmasını istəyib. Bundan başqa, Paşinyan sentyabrın 13-14-də sərhəddə baş verən insidentin də Bəyanatda əksini tapmasına çalışıb. Lakin onun bu cəhdləri nəticəsiz qalıb. Belə olan halda, Paşinyan görüşün yekunlarına dair sənədin qəbul olunmasının bloklanmasına cəhd göstərib. Lakin onun bu cəhdi də nəticə verməyib. Rusiya Prezidenti Vladimir Putinin də təkidi ilə Bəyanat qəbul olunub.
Əslində, Bəyanatdan Paşinyanın pozuculuq cəhdlərinin əbəs olmadığını söyləmək mümkündür. Bəyanatdan da aydın olur ki, sənəddə əksini tapan müddəalar Azərbaycanın maraqlarına cavab verir. Belə ki Bəyanatda Qarabağa bağlı bir kəlmə belə yoxdur. Bundan başqa, Azərbaycan və Ermənistan arasında bütün problemli məsələlərin yalnız BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə əsasən, bir-birinin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınması əsasında həlli razılaşdırılıb.

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü