ŞOK: ABŞ-da DÖVLƏT ÇEVRİLİŞİ başlandı - Əslində 2017-ci ildən bəri...
ABŞ prezident Donald Trampın imppiçment məsələsində açar rol alan agentin vəkili Mark Zaiddən danışır. "Fox News" kanalı Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşünə dair yazdığı məktubla Donald Trampa qarşı impiçment işinin kibritini yandıran və şəxsiyyəti gizli saxlanılan agenti müdafiə edən vəkil Mark Zaidi gündəmə gətirib.
Publika.az xəbər verir ki, Zaidin 2017-ci ilin yanvar ayında Trampın Ədliyyə Nazirliyində işləyən Selli Yatesi vəzifəsindən kənarlaşdırılmasından dərhal sonra tvitterdə "çevriliş başladı. Bir çox addımdan ilki bu oldu. Üsyan və Trampın impiçmenti bunu izləyəcək" ifadələri xatırlanıb.
Donald Tramp isə Ukrayna məsələsinə görə başladılan impiçment mübahisələrini dövlət çevrilişi şəklində şərg etmiş və "dövlət çevrilişini dayandırın" (#StoptheCoup) etiketini tvitter hesabından paylaşmışdı.
2017-ci ildə seriyalı paylaşımlar
2017-ci ilin may ayında "Conson (1868), Nikson (1973), Klinton (1998) impiçmentləri. Növbəti Tramp (2017) olacaq" tvitini yazan Zaid iyun ayında yenə eyni yerdə "Bundan 45 il sonra Trampın impiçmenti ilə bağlı hekayələri xatırlayacağıq. Mən o zaman qocalmış olacam. Amma gözləməyə dəyər" mesajını yazıb.
Həmçinin, impiçment məsələsində CNN kanalının böyük rolu olacağını qeyd edib.
İmpiçment davam edərkən Zaidin ən diqqətçəkən tviti 6 noyabrda yazılıb: "Ondan (Trampdan) xilas olacağıq. Bu ölkə Tramp və dəstəkçilərinə rəğmən həyatda qala biləcək qədər güclüdür".
Qeyd edək ki, Donald Tramp 2020 prezident seçkilərindəki rəqibi Co Baydenin oğlunun Ukraynada keçən həyatını araşdırmaq üçün Vladimir Zelenskiyə tapşırıq vermək və təzyiq göstərməkdə ittiham olunur.
Zümrüd /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək