Söküləcək binanın sakinləri kompensasiyadan narazıdır - 'Həmin ərazidə kvadrata 2200 verilib'

Söküləcək binanın sakinləri kompensasiyadan narazıdır - 'Həmin ərazidə kvadrata 2200 verilib'Qəzalı vəziyyətdə olan binanın sakinləri veriləcək kompensasiyadan narazıdır.
azxeber.com xəbər verir ki, Bakının Xətai rayonu, 8 Noyabr prospektində yerləşən, aylardır ki, qəzalı vəziyyətdə olan binanın sakinləri yenidən musavat.com-a müraciət ediblər.
Bina sakinləri qeyd ediblər ki, aidiyyəti orqanlar həmin binaya baxış keçirib, dəyərləndirmə aparıblar. Qərar gəlinib ki, bina sökülməlidir:
"Mətbuatda gedən müraciətimizdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən komissiya binamıza baxış keçirdi və qərara gəlindi ki, bina kəskin qəzalı vəziyyətdədir, yaşayış üçün təhlükəlidir. Buna görə də sakinlər təcili köçməli, bina sökülməlidir".
Bina sakinləri qeyd edib ki, bununla belə onlara təklif edilən kompensasiya çox cüzi məbləğdədir, hansı ki, həmin pula paytaxtın digər ərazilərində ev almaq mümkün deyil:
"Onsuz da bu binada yaşamaq hər an faciə ilə üz-üzə qalmaq deməkdir. Binada 16 ailə yaşayır və aralarında körpə uşaqlar da var. Bu səbəbdən biz də binadan təcili köçmək istəyirik. Lakin bizə təklif edilən məbləğ çox cüzidir. Belə ki, mənzillərin hər kvadratmetrinə 1500 manat təklif olunur. Mənzillər azkvadratlı olduğu üçün toplam məbləğ digər ərazilərdə ev almağa yetmir. Hazırda paytaxt Bakıda bizim binanın yerləşdiyi əraziyə uyğun sinif üzrə mənzillərin hər kvadratmetrinə 2000 manatdan başlayan qiymətlər təklif qoyulub.
Bu günlərdə Cavanşir körpüsünün yaxınlığındakı evlərin söküntüsü zamanı sakinlərə 2200 manatdan verildi. Çünki hazırda mənzil bazarında qiymətlər xeyli bahalaşıb. Əsas səbəb də tikinti bazarında qiymətlərin artması ilə bağlıdır. 1500 manat kompensasiya "Sovetski" kimi tanınan məhəllənin söküntüsü zamanı verilirdi. Həmin vaxtdan bu günə qədər tikinti materialları, evlərin ciddi şəkildə bahalaşıb. Belə ki, əgər əvvəllər taxtanın 1 kubmetri 170 manat idisə, hazırda bu məbləğ 470-500 manat arasında dəyişir. Həmçinin digər tikinti materialları, o cümlədən sementin qiymətində də 2 manata qədər bahalaşma var. Bu minvalla bütün tikinti materialları bahalaşıb və mənzil bazarındakı qiymətlərə mühüm təsir göstərib.
Bu baxımdan 1500 manatdan kompensasiya verilməsi biz sakinləri qəti qane etmir. Ona görə də xahiş edirik ki, kompensasiya artırılsın".
Sakinlər bildirdilər ki, onların əldə etdiyi məlumata görə bina sakinlərinin köçürülməsi üçün 1 milyon 680 min manat pul ayrılıb.
Bu barədə sənəd də təqdim etdilər.
Xatırladaq ki, ötən ilin may ayında Bakının Xətai rayonu, 8 Noyabr prospektində yerləşən binanın tavanı uçub. Nəticədə bina qəzalı vəziyyətə düşüb, orada yaşayan sakinlərin həyatı üçün böyük təhlükə yaranıb.
Söküləcək binanın sakinləri kompensasiyadan narazıdır - 'Həmin ərazidə kvadrata 2200 verilib'Söküləcək binanın sakinləri kompensasiyadan narazıdır - 'Həmin ərazidə kvadrata 2200 verilib'Söküləcək binanın sakinləri kompensasiyadan narazıdır - 'Həmin ərazidə kvadrata 2200 verilib'Söküləcək binanın sakinləri kompensasiyadan narazıdır - 'Həmin ərazidə kvadrata 2200 verilib'

Sosial       Tarix: 21 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


son xeberler azerbaycan xeberleri yeni xeberler gunun xeberleri krimnal bugun cəbhədən son dəqiqə son xeber az