Şolts Ukrayna ilə bağlı qərarında qətidir
"NATO və Avropa ölkələri öz Quru Qoşunlarını Ukraynaya göndərməyəcək".
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts deyib.
O vurğulayıb ki, bununla bağlı razılıq lap əvvəldən mövcuddur və bu məsələyə dair Qərbin rəyi kifayət qədər yekdildir.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron fevralın 26-sı Qərb ölkələrinin liderləri ilə görüşün yekunlarına dair danışarkən Ukraynaya təcili dəstək üçün koalisiyanın yaradılmasını elan edib. Koalisiya Ukrayna ordusuna orta və uzaqmənzilli raket və bomba göndərilməsini nəzərdə tutur. Bununla yanaşı, Fransa lideri Qərb ölkələrinin qoşunlarının Ukraynaya göndərilə biləcəyini istisna etməyib.
Xatırladaq ki, O.Şolts bundan əvvəl də Almaniya qoşunlarının Ukraynaya göndərilməyəcəyini bildirib. "Tamamilə aydındır ki, Ukraynadakı bu müharibədə almaniyalı əsgərlər olmayacaq", – deyə kansler qeyd edib.

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi