Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ADNSU-da - FOTOLAR
İyulun 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Alinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
azxeber.com xəbər verir ki, görüşdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, Azərbaycanın Efiopiyadakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Nəsibov, eləcə də universitetin rəhbər heyəti iştirak ediblər.
Qonaqları salamlayan rektor Rüfət Əzizov ADNSU-nun 105 illik tarixi, tədris prosesi, maddi-texniki bazası və beynəlxalq əməkdaşlıqları barədə ətraflı məlumat verib, həmçinin universitetin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib.
Görüş zamanı Somalidəki ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları və Azərbaycan universitetləri ilə tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Qonaqlar əməkdaşlığın inkişafında maraqlı olduqlarını və bu istiqamətdə təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını bildiriblər.
Sonda xatirə hədiyyələri təqdim edilib. Nümayəndə heyəti ADNSU-nun Tarix və Mineralogiya muzeylərini, həmçinin laboratoriyalarını gəzərək universitetlə daha yaxından tanış olublar.












Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA