SON DƏQİQƏ: Azərbaycandan Ermənistana 5 bənddən ibarət yeni TƏKLİF

SON DƏQİQƏ: Azərbaycandan Ermənistana 5 bənddən ibarət yeni TƏKLİF"Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərib və cavab gözləyir".
KONKRET.az "trthaber.com"a istinadən xəbər verir ki, bu fikirləri  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov səsləndirib. O bildirib ki, işğal faktoru Ermənistanla Azərbaycan arasında uzun illər münasibətlərin olmaması ilə nəticələnib: "Hamıya məlumdur ki, 30 ildən artıq bir müddət, yəni 90-cı illərin əvvəllərindən başlayaraq Ermənistan Azərbaycan ərazilərini işğal edib. Azərbaycan vətəndaşları isə öz yurdlarından didərgin salınıb" – Bayramov vurğulayıb.
Azərbaycan prezidenti İlham Əliyevin bir il əvvəl Ermənistana "Sülh imzalamağa hazırıq" mesajını verdiyini xatırladan Bayramov sözünü belə davam etdirib: "Bir ilə yaxındır ki, Ermənistan tərəfindən bizim təklifimizə cavab yoxdur. Azərbaycan tərəfi öz xoşməramlılığını göstərmək üçün bu yaxınlarda Ermənistana yeni təkliflə çıxış edib. Biz Ermənistan tərəfinə mahiyyətcə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını özündə əks etdirən bəzi əsas prinsipləri təklif etdik. Biz münaqişənin tənzimlənməsinə dair əsas prinsiplərə və ənənələrə uyğun olaraq öz fikrimizi bildirdik. Biz münasibətləri müəyyən prinsiplər əsasında inkişaf etdirməyə hazır olduğumuzu dedik. Ermənistan bunlara baxıb öz fikrini bildirməlidir. Əgər Ermənistan səmimi şəkildə münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir. Ermənistanın cavabı tezliklə bəlli olacaq və biz təbii ki, bundan sonra müvafiq addımlar atacağıq".
Bir səhifəlik sənəddə 5 əsas prinsip
Təklifin bu yaxınlarda göndərildiyini qeyd edən Bayramov əsas prinsiplərin müəyyənləşdirildiyini və irəli sürüldüyünü vurğulayıb: "Əgər Ermənistan tərəfi münasibətlərin normallaşmasını istəyirsə, bu təklifə öz yanaşmasını dərhal bildirsin. Deməliyəm ki, həmin sənəddə qeyd olunan müddəaların hamısı beynəlxalq münasibətlərin prinsipləridir və orada qeyri-adi şərhlər yoxdur".
Azərbaycanın dəfələrlə vurğuladığı "iki ölkə arasında sərhədlərin müəyyən edilməsi" məsələsinin də bu təkliflər sırasında olduğunu deyən Ceyhun Bayramov Ermənistanın hər zaman ilkin şərtlər irəli sürdüyünü də xatırladıb. Prosesin başlanması üçün ilkin şərtlərin qəbuledilməz olduğunu vurğulayan Bayramov, "İkitərəfli əməkdaşlıq qrupu yaradılmalı və bu qrup fəaliyyətə başlamalıdır" – deyə əlavə edib.
Müşviq Tofiqoğlu,
KONKRET.az  

Siyasi       Tarix: 12 mart 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber az valyuta məzənnələri son xeber.az xəbər.az