SON DƏQİQƏ! Gürcüstanda itkin düşən Aytac Məmmədovanın meyiti tapıldı

SON DƏQİQƏ! Gürcüstanda itkin düşən Aytac Məmmədovanın meyiti tapıldıGürcüstanın azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Kosalı kənd sakini Aytac Məmmədovanın meyiti tapılıb.
KONKERT.az Musavat.com-a istinadən xəbər verir ki, 45 gün əvvəl müəmmalı şəkildə itkin düşən və özünü Kür çayına atdığı ehtimal edilən Məmmədovanın cəsədi çaya düşdüyü ehtimal edilən ərazidən 40-50 metr aralıda aşkar edilib.
Hadisə yerinə çağırılan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən meyit sudan çıxarılıb və ekspertizaya göndərilib. Hazırda ekspertizanın nəticələri gözlənilir.SON DƏQİQƏ! Gürcüstanda itkin düşən Aytac Məmmədovanın meyiti tapıldıXatırladaq ki, Aytac Məmmədova 45 gün əvvəl naməlum şəraitdə itkin düşmüş və onun sonuncu dəfə Kür çayı sahilində görüldüyü bildirilmişdi. İtkin düşdüyü gündən bəri ailəsi və yerli sakinlər tərəfindən axtarışlar davam etdirilirdi.
Hazırda Gürcüstan hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır. Ekspertizanın nəticələrinə əsasən, Məmmədovanın ölüm səbəbi dəqiqləşdiriləcək.
Qeyd edək ki, Aytac ailəsi ilə sonuncu dəfə dostunun doğum gününə getməsi barədə danışıb. Oradan ayrıldıqdan sonra qız anasına səsli mesaj göndərib və əlaqə tamamilə kəsilib.
"Rəfiqəsinin ad gününə getmək istəmirdi. Özüm göndərdim ki, gedib bir az dincəlsin. Əlaqə saxlayırdım. Sonuncu dəfə gecə səsyazısı göndərdi. "Gecən xeyrə qalsın. Səni öpürəm, heç nəyə üzülmə, sən yaxşı şeylərə layiqsən", – deyirdi. Bir dəqiqə keçməmiş zəng edəndə, cavab vermədi", – deyə Aytacın anası Elza Omarova söyləyib.
A. Məmmədova Tiflis Dövlət Universitetinin ikinci kurs tələbəsi idi və o, təhsili ilə əlaqədar paytaxtda yaşayıb. / konkret.az

Hadisə       Tarix: 15 may 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

Meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlu

Bakının əsas prospekti buna görə iflic oldu

Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Almaniyanın Bremen şəhərində autizmdən əziyyət çəkən 18 yaşlı gənc sərnişinlərlə dolu marşrut avtobusunu qaçıraraq xəyali marşrut üzrə idarə edib. bildirir ki, bu barədə NDR teleradio şirkəti yerli polisə istinadən məluma

33 il sonra Afrikada da keçiriləcək

Formula 1 Ruandada Afrika Qran-prisinin keçirilməsi ilə bağlı onillik müqavilə imzalayıb, ilk yarışın 2030-cu illərin əvvəllərində baş tutması nəzərdə tutulur. xəbər verir ki, bu barədə məlumatı Formula 1-in mətbuat xidmət

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo

Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var

Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. -ya istinadən xəbər verir ki, Əhmədli metrostansiyasının qarşısında "BMW" və "Hyundai" markal

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxeberler cəbhədən son məlumatlar metbuat xeberleri son xeberler bugun 2026 azerbaycan