SON DƏQİQƏ: Kim Çen In ballistik raketləri işə saldı

SON DƏQİQƏ: Kim Çen In ballistik raketləri işə saldıYapon mediası Şimali Koreyanın Yapon dənizinə naməlum raket atışı etdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, məlumata görə, bu, Şimali Koreya ballistik raketlərinin il ərzində beşinci sınağıdır.
Yaqoniya tərəfi bundan əlavə Şimali Koreyanın növbəti raket atışını gerçəkləşdirdiyini bildirib və bunun saat 12:43-də (Bakı vaxtı ilə 07:43) baş verdiyi qeyd olunur. Mərminin düşdüyü yer hələ də məlum deyil. Bildirilib ki, iki raketin eyni gündə buraxılması Cənubi Koreya Baş Qərargah İdarəsi tərəfindən də təsdiqlənib.
Yaponiyanın Baş naziri Yoşihide Suqa təcili olaraq Milli Təhlükəsizlik Şurasını toplamaq və gözlənilməz vəziyyətlərə hazır olmaq barədə göstəriş verib:
"Şimali Koreyanın ballistik raket buraxılışları ölkəmizdə və bölgədə sülhə, təhlükəsizliyə təhdiddir. Onlar BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur. Buna qətiyyətli etirazımızı bildirir və qəti şəkildə qınayırıq".
Uzaq Şərq Federal Universitetinin Şərq İnstitutu - Regional və Beynəlxalq Araşdırmalar Məktəbinin direktor müavini, şərqşünas Artyom Lukin bildirib ki, Şimali Koreyanın bu addımı ABŞ-a və Cənubi Koreyaya təhdiddir. Onun sözlərinə görə, bu, eyni zamanda adıçəkilən ölkələr üçün bir siqnal olmalıdır:
"Birincisi, son vaxtlara qədər KXDR tez-tez sınaqlar keçirmirdi. Yəqin ki, bu müddət ərzində ortaya çıxan inkişafları sınamaq üçün texniki ehtiyac var idi. Göründüyü kimi, artıq növbəti mərhələ yaxınlaşıb. Co Bayden administrasiyasının gəlişindən sonra KXDR-in Vaşinqton üçün prioritetlər siyahısında olmadığı aydın oldu. Bu gün ABŞ Şimali Koreya ilə danışıqlar mövzusunda olduqca passiv mövqe tutdu – amerikalılar danışıqlar aparmaq üçün hazır olduqlarını söyləyirlər, ancaq güzəşt etmək üçün deyil. Şimali Koreya ABŞ-a varlığını xatırlatmaq, həmçinin amerikalılara güzəştlərə hazır olmağı xatırlatmaq istəyir".
Akqabay

Dünya       Tarix: 15 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

İsrail bu şəxslərə "yaşıl işıq" yandırdı - Ölkəyə daxil ola bilərlər

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bu, "narınc

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az cəbhədən ən son xəbər krimnal bugun hava durumu