SON DƏQİQƏ! Putin müharibənin bitmə vaxtından danışdı - İLK DƏFƏ

SON DƏQİQƏ! Putin müharibənin bitmə vaxtından danışdı - İLK DƏFƏRusiya Prezidenti Vladimir Putin jurnalistlərə bəyanatında Ukrayna münaqişəsinin hazırkı vəziyyəti, cəbhədəki real durum və rəsmi Moskva ilə Avropa ölkələri arasındakı münasibətləri şərh edib. Rusiya lideri döyüş əməliyyatlarının davam etdiyi bir şəraitdə Ukraynadakı münaqişənin konkret bitmə tarixlərini və müddətlərini açıqlamağın ehtiyatsızlıq olduğunu bildirib və bunun qeyri-mümkün olduğunu, özünün də heç bir halda belə bir addım atmayacağını vurğulayıb.
KONKRET.az xəbər verir ki, Putin döyüş meydanındakı mövcud vəziyyətin Rusiyaya münaqişənin sona yaxınlaşdığını deməyə əsas verdiyini qeyd edib.
Rusiya Silahlı Qüvvələrinin hər gün bütün istiqamətlərdə irəlilədiyini deyən dövlət başçısı ölkəsinin hava hücumundan müdafiə (HHM) sistemini gücləndirməli olduğunu və hazırda bu istiqamətdə aktiv işlərin aparıldığını diqqətə çatdırıb. Rusiya ordusunun Kiyev vilayətinə endirdiyi zərbəyə toxunan Putin bunun Ukrayna Silahlı Qüvvələrinin Starobelskə etdiyi hücuma cavab olduğunu bəyan edib. O, Ukraynada baş verən cari hadisələrə məhz Avropa İttifaqının yürütdüyü siyasətin səbəb olduğunu iddia edib.
Rusiyanın heç vaxt Avropa ölkələrini təhdid etmədiyini və indi də belə bir niyyətinin olmadığını vurğulayan prezident avropalı siyasətçilərin Rusiya ilə mümkün hərbi toqquşma barədə bəyanatlarının yalnız öz vergi ödəyicilərini daha çox pul xərcləməyə məcbur etmək məqsədi daşıdığını bildirib. Putin Rusiyaya qarşı birbaşa hərbi təhdid yaradan bütün məntəqələrin qanuni hərbi hədəf olduğunu xatırladıb və ölkəsinin Kalininqrad vilayətini məhv etməyə çalışacaq hər kəsi yerlə-yeksan etmək üçün bütün lazımi vasitələrə sahib olduğunu vurğulayıb. Avropadakı informasiya məkanını da tənqid edən Rusiya lideri bəzən avropalıları məlumatlandıran kanalları izlədiyini, orada davamlı olaraq yalan danışıldığını, bunun tam bir rüsvayçılıq və qorxulu yuxu olduğunu əlavə edib.nocomment.az

Siyasi       Tarix: 30 may 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta ən son xəbərlər bugün ən son xəbərlər son xeberler 2026