SON DƏQİQƏ: Türk qırıcıları rus təyyarələrinə qarşı havaya qaldırıldı
Türkiyə Hərbi Hava Qüvvələrinə aid "F-16 Fighting Falcon" döyüş təyyarələri "Bahar qalxanı" hərəkatı bölgəsinə yaxınlaşan Rusiyanın döyüş təyyarələrinə qarşı havaya qalxıb.
Publika.az xəbər verir ki, bu barədə "SavunmaSanayiST.com" məlumat yayıb.
Bildirilib ki, Rusiya Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri İdlibdəki türk əsgərlərinə yaxınlaşıb. Buna görə də türk qırıcıları havaya qalxıb və Türkiyə-Suriya sərhədi boyunca uçuşlar həyata keçirib. Rus qırıcılarının bölgəni tərk etməsindən sonra uçuşlar dayandırılıb.
Qeyd edək ki, Suriyanın İdlib şəhərində Dəməşq rejiminə qarşı keçirilən "Bahar qalxanı" hərəkatı çərçivəsində son 24 saatda 1 təyyarə, 1 PUA, 6 tank, 5 top/raketatıcı, 2 hava hücumundan müdafiə sistemi, 3 zirehli döyüş maşını, 5 silahlı pikap, 6 hərbi avtomobil və 1 sursat anbarı məhv edilib. 327 rejim əsgəri zərərsizləşdirilib.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək