SON DƏQİQƏ! Xızıda güclü partlayış baş verib: Ölənlər var - YENİLƏNİB
Xızı rayonunda baş vermiş partlayış hadisəsi ilə bağlı cinayət işi başlanıb.
Bu barədə KONKRET.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilir ki, aprelin 15-i saat 15 radələrində Xızı rayonunun Yaşma qəsəbəsi ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub.
Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə çıxaraq zəruri hərəkətlər aparıb və ilkin araşdırma zamanı müəyyən edilib ki, partlayışa şəbəb Sumqayıt şəhər sakinləri – 1976-cı il təvəllüdlü Bəxtiyar Hüseynov, 1979-cu il təvəllüdlü Xankişi Quliyev və 2006-cı il təvəllüdlü Rəşad Əbilovun qeyd olunan ərazidə aşkar etdikləri mərmi başlığını götürməsi olub.
Hadisə nəticəsində Xankişi Quliyev və Rəşad Əbilov ölüb, Bəxtiyar Hüseynov isə müxtəlif xəsarətlər alıb.
Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
***
18:45
Xızıda hərbi sursat partlayıb.
Hadisə Yaşma yaşayış ərazisində qeydə alınıb.
KONKRET.az xəbər verir ki, ilkin məlumata görə, iki mülki şəxs ölüb, bir mülki şəxs xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Hazırda hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb edilib, araşdırma aparılır./APA

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma