Son günlər uşaqlar arasında yayılan xəstəliklərlə bağlı VACİB AÇIQLAMA

Son günlər uşaqlar arasında yayılan xəstəliklərlə bağlı VACİB AÇIQLAMASon günlər uşaqlar arasında xəstəliklər artıb. Poliklinikalara və uşaq xəstəxanalarına müraciət edən xəstələrin sayının artması müşahidə olunur.
Əksər xəstələrdə isə yüksək hərarət uzun müddət davam edir. Bu hal əsaslı olaraq cəmiyyətdə müəyyən mənada narahatlığa səbəb olub.
Bəs uşaqları ağuşuna alan bu xəstəlik nədir və nədən yaranır? Xəstəliyin müalicəsi necə aparılmalıdır? Bu və digər suallara cavab tapmaq üçün tanınmış pediatr, uzman doktor Azər Əhmədovla əlaqə saxladıq.
Uzman doktor BAKU.WS-ə açıqlamasında bildirdi ki, son zamanlar uşaqlar arasında yayılan və yüksək hərarətlə müşahidə olunan xəstəliyin adı kəskin respirator xəstəlikdir.
"Bunlar daha çox yuxarı tənəffüz yollarının infeksionu şəklində özünü göstərir. Səbəbləri virus və bakteriya olmaqla iki qrupa bölünür.
Bu mövsümdə gördüyümüz əsas infeksiyaların səbəbi viruslardır. Sezonun əvvəlində ən çox "Rinovirus"larla müşahidə olunan kəskin respirator xəstəlik görürdük. Sonra onun yerini "Adenovirus", daha sonrasında "İnfluenza" aldı. Son zamanlar isə gördüyümüz "İnfluenza" virusu ilə bağlı kəskin respirator xəstəlikdir.
Bununla yanaşı, çox az miqdarda COVID infeksiyası da görünməkdədir. Eyni zamanda, bu il bildiyiniz kimi qızılca infeksiyası da çox yayıldı.
Qızılca infeksiyası da özünü kəskin respirator xəstəlik kimi göstərir. Qızılca başda kəskin respirator xəstəlik kimi başlayır. Yüksək qızdırma, boğaz ağrısı, gözlərdə qızarıqlıq, ağız içərisində qızarıqlıq şəklində özünü göstərir.
Bəzən xəstələrdə qarınağrısı, ürəkbulanma, qusma şikayətləri olur. Bir neçə gün sonra isə səpkilərin ortaya çıxması müşahidə olunur".
Uşaqlarda yüksək qızdırma olması valideynlərin ən qorxduğu məqamdır. Uzman həkim deyir ki, bu zaman valideynlər son dərəcədə diqqətli olmalıdırlar:
"Qızdırma zamanı ilk öncə fiziki üsullardan istifadə edərək hərarətin salınmasına çalışmaq lazımdır. Belə ki, yüksək hərarət olan uşaqları qalın geyindirməyin.
Xəstənin üzərində nazik geyimlər qalsın. Ondan sonra, sadəcə ilıq su ilə qoltuqaltı, qasıq, boyun bölgəsinə kompreslər qoymaq lazımdır.
Çox insanın düşündüyü kimi sirkə və spirtlər kompres etmək məsləhət deyil. Əgər hərarəti bu şəkildə düşürə bilmiriksə, dərmanlardan istifadə edilməlidir. Uşaqlar üçün ən zərərsiz hesab olunan "Parastamol" dərmanıdır.
Uşağın yaşına və çəkisinə uyğun olaraq "Parastamol" dərmanı verilməlidir. Bundan sonra mütləq həkimə müraciət edilməlidir.
Xüsusilə 6 ayın altındakı uşaqlarda yüksək hərarətin səbəbi araşdırılmalıdır. Bəzən azyaşlıların evdə müalicəsi çox pis nəticələrə gətirib çıxara bilir. Çünki 6 aya qədər olan uşaqlarda bir çox peyvəndlər vurulmadığı üçün təhlükəli xəstəliklərdən biri olduğu zaman xəstə sürətli şəkildə pisləşə bilir.
Hərarətin 1 həftə, 10 gündən artıq davam etməsinə rast gəlirik. İndi infeksiyaların sayı artığına görə, biri sağalır, digəri başlayır. Bu səbəbdən də, hərarət uzun müddət davam edə bilir".
Uşaqlara hansı dərmanlar verilməlidir?
Bəzən valideynlər övladları xəstələnən zaman hansı dərmandan istifadə edilməsi barədə düşünürlər. Bu zaman bəziləri hansısa tibbi biliyi olmayan şəxslərin məsləhət bildiyi dərmandan istifadə edirlər. Azər Əhmədov bunun qəti şəkildə təhlükəli olduğunu bildirir:
"Uşaqlara dərman verilməsi mütləq və mütləq həkim təyinatı ilə olmalıdır. Xüsusilə virus infeksiyalarında gərəksiz antibiotiklərin verilməsinin zərərindən başqa heç bir faydası yoxdur.
Daha çox immun sistemini zəiflədər və digər infeksiyalara qarşı dirənişi azaldar. Ona görə də, həkim təyinatı olmadan antibiotik və digər lüzumsuz dərmanların istifadəsinə ehtiyac yoxdur.
Vitaminlərə gəlincə, vitaminlər immun sistemini gücləndirməz. Sadəcə payız və qış aylarında bütün uşaqlara D vitamini istifadə etməyi məsləhət görürük.
Qidalarına diqqət etməyi məsləhət görürük. Təbii qidalarla qidalanma, bol miqdarda meyvə-tərəvəz istifadə edilməlidir. Bol miqdarda maye qəbul edilməlidir. Bu xəstəliyin sağalmasına kömək edir". / azxeber.com

Sosial       Tarix: 23 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal son xeberler az sonxeberler