"Sonadək Azərbaycanla birlikdəyik" - Hulisi Akar
Türkiyə Silahlı Qüvvələri dost və müttəfiq ölkələrin, o cümlədən Şimali Kipr Türk Respublikası, Azərbaycan və Liviyanın haqlı mübarizəsini sonadək dəstəkləyəcək.
KONKRET.az xəbər verir ki, bunu "TCG Anadolu" hərbi gəmisinin Türkiyə Ordusunun istismarına verilməsi mərasimində çıxışı zamanı ölkəin müdafiə naziri Hulusi Akar bəyan edib.
O, bildirib ki, Türkiyə Silahlı Qüvvələri dünyada çox az ordunun əldə edə biləcəyi yüksək texnologiya və əməliyyat üstünlüyünə malikdir.
"Biz sərhədlərimizin təhlükəsizliyini təmin edir, başda PKK/PYD/YPG olmaqla bütün terror təşkilatlarına qarşı mübarizə aparırıq. Dənizlərimizdə və səmamızda hüquq və mənafelərimizi qoruyur, bunlara əlavə olaraq Şimali Kipr başda olmaqla, Azərbaycan və Liviya kimi dost, qardaş və müttəfiqlərimizin haqq davasına dəstək verir və sonadək onlarla birlikdəyik. Biz birlikdə çalışaraq ölkəmizi daha böyük və güclü mövqeyə gətirməyi hədəfləyirik. İnşallah bunu da bacaracağıq, buna da qadirik", – deyə Akar qeyd edib.

Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
Təcili: Azərbaycanda dizel bahalaşacaq? – Deputatdan AÇIQLAMA
Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı
Formula-1 ilə bağlı DYP-dən sürücülərə xəbərdarlıq
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
"Mahiri komandanın lideri olacağına inandırıblar" - Ayxan Abbasov
Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürdü
Beyləqanda AĞIR QƏZA: Beş İran vətəndaşı xəsarət aldı
"Bavariya"nın keçmiş futbolçusu Türkiyə klubuna qoşulacaq
İki britaniyalı alim az qala kosmosa uçacaqdı – 1862-ci ildə ölüm-dirim mübarizəsi
Gəncədə 32 yaşlı şəxs güllələndi
Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?
Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ
Gürcüstanda azərbaycanlı sahibkar faciəvi şəkildə öldü – FOTO