Sonuncu iclasda bütün deputatlar iştirak edir, təkcə o gəlmədi

Sonuncu iclasda bütün deputatlar iştirak edir, təkcə o gəlmədi</p> 
 <p>Bu gün VI çağırış Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilir. 
Parlamentin bugünkü iclasının gündəliyinə 15 məsələ daxildir.
KONKRET.azmodern.az-a istinadən xəbər verir ki, sonuncu iclasda diqqətçəkən məqam deputatlardan 1-i istisna olmaqla, qalan hamının toplantıya gəlməsidir.
Yalnız 1 saylı Şərur- Sədərək seçki dairəsinin deputatı, Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbov həmişəki kimi Milli Məclisin iclasına gəlməyib.
Qeyd edək ki, hazırda Milli Məclisin 115 deputatı var. Müxtəlif səbəblərdən parlamentdə 10 deputat yeri boşdur.
Vasif Talıbov Milli Məclisin 1 saylı Şərur- Sədərək seçki dairəsindən seçilmiş deputatıdır.
O, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin də deputatı olub.
Vasif Talıbov həm də hazırda Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, V.Talıbov parlamentin iclaslarında iştirak etməlidir.
Amma Vasif Talıbov uzun müddətdir Milli Məclisin iclaslarına gəlmir. Nədənsə parlamentin İntizam komissiyası da indiyə kimi bu məsələyə açıq şəkildə münasibət bildirməyib.
Halbuki, Milli Məclisin Daxili Nizamnaməsinə görə, plenar iclaslarda, yaxud komitə və komissiyaların iclaslarında üzrsüz səbəbdən iştirak etməyən deputat parlamentdaxili məsuliyyətə cəlb olunmalıdır. Ötən 5 ildə isə Vasif Talıbovla bağlı hər hansı addım atılmayıb.
Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb. O, 27 ildən sonra – 2022-ci ilin dekabrında Ali Məclisin sədri vəzifəsindən istefa verib.
Böyük ehtimalla Vasif Talıbovun sentyabr ayında keçirilməsi gözlənilən növbədənkənar parlament seçkilərində iştirakına da şahid olmayacağıq. Beləliklə, "Naxçıvan xanı" nağılı artıq bitmək üzrədir…

Siyasi       Tarix: 28 iyun 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Putin, Finlandiya və Norveç liderləri ilə danışdı: Kreml detalları açıqladı

Rusiya Prezidenti Vladimir Putin Finlandiya Prezidenti və Norveç Baş naziri ilə telefon danışığı aparıb və tərəflər birbaşa təmasların davam etdirilməsi barədə razılığa gəliblər. KONKRET.azxəbər verir ki, Kreml tərəfində

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək

Azərbaycan və Avstriya xarici işlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu 2026-cı ilin noyabrında Bakıda keçiriləcək. xəbər verir ki, bunu azərbaycanlı diplomat Nərgiz Qurbanova Avstriyanı

Moratinos: BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir

BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycan hökuməti ilə tərəfdaşlığı yüksək qiymətləndirir və VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçiriləcəyinə ümid edir. Bu barədə BMT-nin Sivilizasiyalar Alyansını

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir

Türk dünyasının birliyi hər hansı bir dövlətin digərinin üzərində hakimiyyət qurması mənasına gəlmir və Azərbaycanla Türkiyə arasındakı qardaşlıq tarixi bir mahiyyət daşıyacaq qədər dərindir. xəbər verir ki, bu barədə Türkiyəni


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler bu gun xeber.az 2026 hava haqqinda