Sosial şəbəkədə "Metidenxmya" və "Zakladka Bakı" adı ilə narkotikanı təbliğ edən şəxs saxlanıldı

Sosial şəbəkədə "Metidenxmya" və "Zakladka Bakı" adı ilə narkotikanı təbliğ edən şəxs saxlanıldıBaş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.
Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Tədbir zamanı Bakı şəhər sakini Anar Məmmədov paytaxtın Nizami rayonunda tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,870 qram narkotik vasitə heroin, 1,028 qram psixotrop maddə metamfetamin aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq A.Məmmədovun yaşadığı evdən əlavə 3,873 qram heroin və 14,345 qram metamfetamin aşkar edilərək götürülüb.
Saxlanılan şəxsin ətrafında aparılan araşdırmalarla onun müxtəlif sosial şəbəkələrdə "Metidenxmya" və "Zakladka Bakı" adı ilə qeydiyyatdan keçərək özünə məxsus səhifələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsini təbliğ etməsi müəyyən olunub. Qeyd edək ki, A.Məmmədovun narkotik vasitələri onlayn yolla satışa çıxarıb və ayrı-ayrı şəxslər onun plastik kartına buna görə pul vəsaitləri köçürüblər. Saxlanılan şəxsin evindən həmin vəsaitlərin toplandığı plastik kart da polislər tərəfindən aşkar olunub. A.Məmmədov ifadəsində həmçinin üzərindən və yaşadığı evdən aşkar olunan narkotik vasitə və psixotrop maddələri tanımadığı şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından aldığını bildirib.
Faktla bağlı A.Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.

Hadisə       Tarix: 23 aprel 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbə

Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb. Yaralı Naxçıva

Bakıda gənc idman zalında öldü

Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası – 1969-cu il təvəllüdlü Səadə

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezennesi 2026 xəbər.az xeber.az son xeberler xeber.az