Sosial xidmət müəssisələrində minədək vətəndaş tam dövlət təminatındadır - FOTO

Sosial xidmət müəssisələrində minədək vətəndaş tam dövlət təminatındadır - FOTO Sosial xidmət müəssisələrində minədək vətəndaş tam dövlət təminatındadır - FOTO
Prezident İlham Əliyevin tapşırığına əsasən, sosial xidmət infrastrukturu müasir tələblərə uyğun qurulmaqla, sosial xidmətlə təmin olunan kateqoriyaların əhatə dairəsi və buna uyğun olaraq sosial xidmət müəssisələri şəbəkəsi genişləndirilir.
Başlıca islahat istiqaməti kimi, sosial xidmət sistemində tibbi modeldən sosial reabilitasiya modelinə keçid işləri də aparılır.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev İşgəncələrin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinin qarşısının alınması üzrə Avropa Komitəsinin nümayəndə heyəti ilə görüşündə bildirib.
Nazir Azərbaycanda sosial xidmətlər sisteminin qabaqcıl dünya təcrübəsi əsasında inkişaf etdirilməsi, çətin həyat şəraitində yaşayan şəxslərin sosial xidmətlərlə dolğun əhatə olunması üçün aparılan işləri qeyd edib.
Həmin şəxslərin bu xidmətlərə əlçatanlığının artırılmasının, sosial xidmət sahəsində müasir yanaşmaların tətbiqinin, ixtisaslı kadr potensialı formalaşdırılmasının əsas hədəflərdən olduğunu diqqətə çatdırıb.
Bildirib ki, ölkəmizdə çətin həyat şəraitində yaşayan şəxslər üçün çoxspektrli sosial xidmətlər sistemi qurulub. Bu sistem müvafiq kateqoriyalardan olan şəxslərin müdafiəsinə, sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiya imkanlarına malik olmalarına yönəlib.
Əsas məqsəd sosial xidmətlə əhatə olunan insanların həyatlarında olan çətinlikləri bu xidmətlər nəticəsində aradan qaldırmaq, onların rifahında ciddi müsbət dönüşə nail olmaqdır.
S.Babayev son illərdə yeni yaradılan sosial xidmət müəssisələri, sosial sifarişlər əsasında minlərlə şəxsin reabilitasiya yönümlü sosial xidmətlərlə əhatə olunduğu, bu sahədə layihələrin ildən-ilə genişləndiyi barədə məlumat verib.
Sosial xidmət müəssisələrində 1000-dək vətəndaşın tam dövlət təminatında olduğunu qeyd edən nazir həmin vətəndaşlara həssas və qayğıkeş münasibət göstərilməsinin fəaliyyətdə əsas prinsip olduğunu diqqətə çatdırıb.
Onların pandemiyadan qorunması üçün aparılan işləri, pandemiya dövründə 15 mindən çox 65 yaşdan yuxarı tənha və əlilliyi olan şəxsə evlərində gündəlik sosial xidmətlər göstərildiyini deyib.
Sosial xidmət müəssisələrində müasir yaşayış və reabilitasiya şəraitinin yaradıldığını,  yaxın günlərdə  daha bir sosial xidmət müəssisənin də əsaslı təmir və yenidənqurmadan sonra açılacağını deyib.
İşgəncələrin və qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri və nümayəndə heyətinin rəhbəri Mikola Qnatovskiy Azərbaycanda  sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şəraut yaradılmasının, ölkədə bu sahənin inkişafı üçün aparılan işlərin təqdirəlayiq olduğunu bildirib.  
Görüşdə vətəndaşların keyfiyyətli sosial xidmətlərlə təmin edilməsi sahəsində Nazirlik tərəfindən görülən işlər, nümayəndə heyətinin ölkəmizə səfərinin, 1 saylı Psixonevroloji Sosial Xidmət müəssisəsində apardığı monitorinqin nəticələri, sosial xidmət müəssisələrində göstərilən xidmətlərlə bağlı fikir mübadilələri aparılıb.
Sosial xidmət müəssisələrində minədək vətəndaş tam dövlət təminatındadır - FOTO

Sosial       Tarix: 22 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bugun 2026 enson xeberler son xeberler az cəbhədən xəbər