Sosial yardım təklif edən bu səhifəyə inanmayın
"Feysbuk sosial şəbəkəsində "Azərbaycan Sosial Yardım 2025" adlı saxta profil altında guya 3399 manat ünvanlı sosial yardım almağa kömək göstərən, əslində isə dələduzluq yolu ilə insanları aldadaraq vəsaitlərini ələ keçirmək məqsədi daşıyan səhifə təqdim edilir".
azxeber.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili paylaşım edib.
"İstifadəçiyə sosial yardım əldə etmək üçün ərizə ilə qeydiyyatdan keçmək təklif olunur.
Vətəndaşları diqqətli olmağa və həmin saxta profilli səhifəyə inanmamağa, yalan, şirnikləndirici vədlərə aldanaraq fərdi məlumatları barədə dələduzlara məlumat verməməyə çağırırıq.
Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, aztəminatlı ailələrə ünvanlı yardım həmin ailələrin təmsilçiləri tərəfindən elektron qaydada edilmiş müraciət əsasında təyin olunur. Kiminsə müdaxiləsi və ya hər hansı bir sosial şəbəkə səhifəsinin köməyi ilə də təyinat aparılmır", - deyə Rəşad Mehdili qeyd edib.

Putin: Bu, müharibənin davam etməsi deməkdir
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu
ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu