Şou-biznes bazardır və get-gedə onu ciddiyə alırlar' - Əməkdar artist
"Ümumiyyətlə sənətçi gərək trendi düşünərək mahnı yazmasın".
azxeber.com xəbər verir ki, bunu Əməkdar artist Abbas Bağırov "Gün ortası" verilişində deyib.
Sənətçi, qalmaqallı trend savaşlarına özünəməxsus şəkildə aydınlıq gətirib:
"3 cür trend var. Onlardan biri gülməli trenddir. Hansı ki, rəyləri oxuyanda gülürsən. O bayağı mahnılara yazılan təhqirlər onu oxuyan müğənnilərə də sərf edir. Bu şeylər onlara qəbuldur. Təki gündəmdə qalsınlar. Ona görə də növbəti dəfə yenə belə mahnı yazır. Amma anlamır ki, o virus və yara kimi insanların zövqünü korlayır. 2-ci yerdə əziyyət çəkən ulduzlardır. Onların 5 mahnısından biri trend olar ya olmaya məlum deyil. Sonuncusu isə təsadüfi trenddir. Onda da sənətçi 1 yazır, 2 yazır, 3 yazır və hansısa biri təsadüfən tutur. Ümumiyyətlə sənətçi gərək trendi düşünərək mahnı yazmasın".
Sənətçi şou-biznesi bazara bənzədib:
"Baxırsan bazara, müxtəlif tərəvəzlər, meyvələr var. Hər satıcı bir cür işləyir. Eləsi var sən üzünü çevirən kimi, sənə xarab məhsul verir. Amma eləsi də var ki, qanacaqlı olur. Malı nədir, onu satır. Şou-biznes də bir bazardır və get-gedə bunu ciddiyə alırlar. Bizim musiqimiz çox zəngindir. Onu duymaq lazımdır".
Aysel

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var