Soyqırım təşkilatçıları məhkəmə qarşısına çıxarılacaq - Hikmət Hacıyev
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə Xocalı şəhərinə hücumu və zəbt etməsi nəticəsində 613 dinc azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca amansızcasına qətlə yetirilib.
KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında yazıb.
"Daha 1 000 nəfər yaralanıb, 1 275 nəfər girov götürülüb. Bu günədək Xocalıdan 150 nəfər itkin düşüb.
1992-ci il fevralın 25-26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində azərbaycanlı mülki əhalinin qəsdən törədilmiş kütləvi qırğını "soyqırımı" və "insanlığa qarşı cinayət"dir.
Xocalıda törədilmiş cinayətlər ayrı-ayrılıqda və ya təsadüfi akt deyil, Ermənistanın geniş yayılmış və sistemli etnik təmizləmə siyasətinin və təcrübəsinin tərkib hissəsidir.
Xocalı soyqırımı İkinci Dünya Müharibəsindən sonra Avropada günahsız dinc əhaliyə qarşı törədilmiş ən dəhşətli kütləvi qırğın idi.
Xocalı soyqırımı beynəlxalq ictimaiyyətin tam sükut və laqeydliyi şəraitində baş verib. Xocalı qurbanlarının ədalətini Azərbaycan dövlətinin özü təmin edib. Xocalı 2023-cü ilin sentyabrında işğaldan azad edilib və bu cinayətin bir qrup təşkilatçısı və icraçısı tezliklə məhkəmə qarşısına çıxarılacaq. Amma bizim ən böyük təsəllimiz odur ki, Xocalıdan sağ çıxanlar və hər bir Azərbaycan vətəndaşı artıq azad edilmiş Xocalıya, bütün Qarabağa və Şərqi Zəngəzuru azad, ləyaqət və qürurla ziyarət edə bilər", – H.Hacıyev qeyd edib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi və GROTTO Resort Azərbaycanda unikal əməkdaşlığa başlayır
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
"Bitcoin"in qiyməti 60 min dollardan aşağı düşüb
Azərbaycan səfiri Qazaxıstanın "Dostık" ordeni ilə təltif olunub
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
Trampın keçmiş köməkçisindən ŞOK ETİRAF - Həbs edilə bilər
Bugünkü oyunları yayımlayacaq kanallar
Ramil Şeydayev Rusiya klubuna keçə bilər
"Araz-Naxçıvan"ın yeni prezidenti o seçildi
Brent neftinin qiyməti 73,75 dollara düşdü
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
Türkiyədə fişəng fabrikində partlayış baş verib, yaralılar var
"Neftçi" Yuri Vernidubla bağlı qərar verdi
Nəsimidə oğurluq edən iki nəfər saxlanıldı