Şoyqu Monitorinq Mərkəzindən danışdı: "Çox çətin əməliyyatdır"
"Əgər Türkiyə ilə münasibətlərdən danışırıqsa bizim çox asan olmayan, çox çətin, lakin effektivli birgə əməkdaşlığımız mövcuddur. Çətindir ona görə ki, bizə mane olurlar. Həm də Türkiyənin NATO-ya üzv olması mane olur. Amma öz-özlüyündə deyərdim ki, hətta misilsiz təcrübədir, bir ölkə NATO-ya üzvdür, digər ölkə isə üzv deyil".
Publika.az xəbər verir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu "Tengrinews" agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya və Türkiyə mümkünsüz görünən yerdə də kompromislər tapmağı bacarırlar:
"Məsələn, İdlib deeskalasiya zonası. Ümumiyyətlə, Suriyada belə zonaların yaradılması, fikrimizcə, bu cür münaqişələrin həllində yeni səhifə və yeni mexanizmdir. Həm də birlikdə terrorçulara qarşı mübarizə aparırıq. Və bir çox keçid məntəqəsini tənzimləyirik və nəzarət edirik, qaçqınlarla birlikdə məşğul oluruq".
Şoyqu həmçinin Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən də danışıb:
"Bu çox çətin əməliyyatdır. Mən bunu yalnız bu cür adlandırmaq istərdim. Çünki bura çox sayda arqument, element və motiv daxildir", - deyə Sergey Şoyqu bildirib. / "Report"
Xidmetler [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər