"Soyuqlamışdım, adi qızdırma idi"- ATV-nin koronavirusa yoluxan əməkdaşı danışdı
Xəbər verdiyimiz kimi, "Azad Azərbaycan" kanalının müxbiri Mahmud Rövşənoğlunun koronavirusla bağlı verdiyi ilkin testin nəticəsi müsbət çıxıb.
Milli.Az medicina.az-a istinadən bildirir ki, virusa yoluxmuş jurnalist hazırda qaldığı karantin xəstəxanasından kanalın canlı efirinə bağlanaraq səhhəti haqda məlumat verib.
"Soyuqlamışdım, adi qızdırma idi. Həkimə müraciət etdikdən sonra test götürdülər və ilkin olaraq nəticəsi müsbət oldu. Hazırda karantinə alınmışam. Özümü yaxşı hiss edirəm. Burada davamlı olaraq istiliyimiz ölçülür. Müəyyən vasitələrdən istifadə etdim və qızdırmam da düşdü. Özümdə ağırlaşma və ya başqa simptomlar hiss etmirəm".
Qeyd edək ki, kanalın İcraçı direktoru İsmayıl Həsənov "Qafqazinfo"ya açıqlamasında əməkdaşlarından yalnız bir nəfərin karantinə alındığını və hazırda ikinci testin nəticəsini gözlədiklərini bildirib.
Milli.Az /news.milli.az
Turlar.az [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ