Söyüş söyən, əlbəyaxa dalaşanlar: İlin ən yaddaqalan qalmaqalları - FOTO

Söyüş söyən, əlbəyaxa dalaşanlar: İlin ən yaddaqalan qalmaqalları - FOTOSöyüş söyən, əlbəyaxa dalaşanlar: İlin ən yaddaqalan qalmaqalları - FOTO
Elə düşünməyin ki, yola salmağa hazırlaşdığımız 2022-ci il şou-biznes üçün səs-küysüz ötüşüb. Bu, mümkündür? Əlbəttə, xeyr! Bu il də bir-birinin bostanına daş atanlar, həmkarlarının sözü boğazından keçməyənlər, efirdə dalaşanlar, su atıb əlbəyaxa döyüş edənlər, məhkəməyə gedib-çıxanlar az olmadılar.
Olay.az bu ilin ən yaddaqalan qalmaqallarını təqdim edir:
Söyüş söyən, əlbəyaxa dalaşanlar: İlin ən yaddaqalan qalmaqalları - FOTOBir vaxtlar dost olan aparıcı Nanə Ağamalıyeva və stilist Anar Ağakişiyevin yolları bu il ayrıldı. ATV-də xanım aparıcıların stili üzərində çalışan Anarın sözü Nanə ilə çəp gəldi. Belə ki, stilistin Ağamalıyevaya gündüz proqramlarına uyğun geyinmədiyini, makiyajını düzgün edilmədiyini deyərək daha sadə "look"lara üstünlük verməsini istəyib. Nanə isə Ağakişiyevin sözlərinə məhəl qoymadan öz stilində geyinməyə davam edib. Bu qalmaqal mediada işıqlandırılıb. Həmçinin Anar özü də statuslarla Nanəyə söz atıb, ağır sözlər qeyd edib.
Söyüş söyən, əlbəyaxa dalaşanlar: İlin ən yaddaqalan qalmaqalları - FOTO"Photoshop"un dibinə girmirik, yazıq" sözlərini yazıb və yarpaq emojisi əlavə edərək aparıcının adına eyham vurdu. O dövrdə mediada iddia edilib ki, Nanənin bir müddətlik ATV-dən gedişi də elə bu dava ilə əlaqəli imiş. Ötən günlərdə isə Anar keçmiş dostu haqda "Nanə özünü ATV-nin rəhbəri kimi aparır" qalmaqallı açıqlamasını verdi. O bildirdi ki, hətta Nanə onun işçisinin üzərinə hücum çəkib, hər kəslə kobud danışıb, bütün xanım aparıcılar makiyaj otağına düşsə də, o, gəlmək istəməyib.
Hələ stilist Elnur Həsənovun müğənni Elnarə Xəlilovanı zövqsüz adlandırması üçlü qalmaqala gətirib çıxardı. Belə ki, Xəlilova bu açıqlamadan sonra "Instagram"da şeir paylaşdı. O, ad çəkmədən Həsənova sadəcə bir işlə məşğul olmasını, makiyajlar etməsini dedi. Lakin yazdıqlarının Elnurun birgə çalışdığı Əməkdar artist Lalə Məmmədovaya da toxunduğu düşünüldü:
Söyüş söyən, əlbəyaxa dalaşanlar: İlin ən yaddaqalan qalmaqalları - FOTO"Məncə, sən bir iş görsən, olar.
Ya vizaj et, ya da kolor.
Geyim sənlik deyil, inan.
Pornoqrafik, ürəkbulandıran
Sonuncu obrazlarının
TRT-dən sorağı gəlir".
Söyüş söyən, əlbəyaxa dalaşanlar: İlin ən yaddaqalan qalmaqalları - FOTOHəmin dövrdə TRT-də qonaq olan Məmmədova Xəlilovanın paylaşımından sonra "Həddini bilmədikdən sonra çox şey bilmək mənasızdır. Susqunluq heç kimi çaşdırmasın. Çünki susan danışsa, dözən olmaz. Bu arada TRT-yə qucaq dolu sevgilər və salamlar" sözlərini yazdı.
Söyüş söyən, əlbəyaxa dalaşanlar: İlin ən yaddaqalan qalmaqalları - FOTOElnarə ötən günlərdə açıqlamasında sözügedən şəxslərlə düşmən olmadığını, rastlaşanda salamlaşdığını dedi.
İlin növbəti qalmaqalı isə məhkəməyə qədər gedib çıxdı. Belə ki, şair Nazilə Səfərlinin yazdığı status onu rəqqasə Fatimə Fətəliyeva ilə düşmən etdi. N.Səfərli "Instagram"da "Bir rəqqasə reklam etdiyim məkana zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz.
Söyüş söyən, əlbəyaxa dalaşanlar: İlin ən yaddaqalan qalmaqalları - FOTOKor-kobud şairəni reklama çağırırsınız. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə incə qala bilməmişik, kor-kobuduq. Demək istərdim ki, ağır ol, amma elə olsan, "dingildədiyin" masalar qırılar. Bağışla" sözlərini yazdı.
Fətəliyeva isə canlı yayım açaraq Nazilənin ünvanına sərt sözlər dedi: "Mənim ailəm, oğlum, qızım, yoldaşım, nəslim var. Ona görə də, Nazilə Səfərli, ağzını yum, otur yerində. Yadına sal ki, neçə il əvvəl gəlmisən mağazama, ərəb rəqsi üçün paltar götürmüsən.
Söyüş söyən, əlbəyaxa dalaşanlar: İlin ən yaddaqalan qalmaqalları - FOTOHara getmisən, kim üçün ərəb rəqsi oynamısansa, yadına sal. Mən ərəb rəqsi oynayıb ailəmi saxlamışam, uşaq böyütmüşəm". Nazilə isə bu açıqlamadan sonra üzr istəmədiyi üçün Fatiməni məhkəməyə verdi. Tərəflər hələ də barışmasa da, məclislərin birində Fatimə Nazilənin qarşısında rəqs edib.
Söyüş söyən, əlbəyaxa dalaşanlar: İlin ən yaddaqalan qalmaqalları - FOTOXalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçildikdən sonra Xalq artisti Əbdül Mahmudovla dostluq münasibətini bitirdi. Buna səbəb isə Şeyx Əbdülün kinoya xəyanət etdiyini, sədrlik təklifi ilə razılaşmamalı olduğunu deməsi oldu. Bundan sonra tərəflər bir-birilərinin ünvanına ağır sözlər səsləndirdilər. Məsələ o həddə çatdı ki, R.Balayev keçmiş dostuna "Axmaq, səviyyəsiz", rejissor isə aktyor barəsində "Tarixdə xəyanətkar kimi qalacaqsınız" açıqlamasını verdi.
Söyüş söyən, əlbəyaxa dalaşanlar: İlin ən yaddaqalan qalmaqalları - FOTOƏməkdar artist Elza Seyidcahanın obyekti ilə bağlı borcuna görə Xoşqədəm Hidayətqızının verilişində xalqdan yardım istəməsi böyük qalmaqala səbəb oldu. Onun ünvanına sərt sözlər deyənlər də var idi, müdafiə edənlər də. Xalq artisti Ramiz Məlik isə bəstəkar və müğənnini təhqir etdi. Onu "dəli" adlandırdı. Seyidcahan açıqlamasında "Yaramaz dəlik"lər hələ də bilmirlər ki, hər bir dahidə bir balaca dəlilik olur?!" deyərək R.Məlikə cavab verdi.
Söyüş söyən, əlbəyaxa dalaşanlar: İlin ən yaddaqalan qalmaqalları - FOTOReper Aslixan müğənni Hissin "İstəmirəm" adlı hitini "YouTube"dan sildirdi. Buna səbəb kimi isə vaxtında həmin mahnını Hissə ucuza satdığını, sənətçinin ona "Qabağa gedəndə səni "görəcəyəm" dediyini, lakin məsələnin belə olmadığını göstərdi.
Söyüş söyən, əlbəyaxa dalaşanlar: İlin ən yaddaqalan qalmaqalları - FOTOAslixan söyləyib ki, Hiss onunla bağlı paxıl kimi ifadələr səsləndirib. İfaçı isə reperə cavab verərək uğurunun açarının özü olduğunu bildirdi və "Məndə səni "görəcək" üz qoymadın" dedi. Hiss deyib ki, verilişlərdə həm də onunla bağlı yaxşı sözlər deyib, amma o, bunları görməyib. Bundan əlavə iddia edilir ki, Hiss "Busan" trekindəki sözləri Aslixana şamil edib.
Söyüş söyən, əlbəyaxa dalaşanlar: İlin ən yaddaqalan qalmaqalları - FOTO"Səhərin səsi" verilişində müğənnilər Elvin Mirzəzadə və Sabir Əhmədov arasındakı mübahisə əlbəyaxa dava ilə nəticələndi. Sabirin Elvinin mahnıları ilə bağlı şərhi bu münaqişəni daha da alovlandırdı. Tərəflər studiyanı tərk edərək kənarda əlbəyaxa dava etdilər.
Söyüş söyən, əlbəyaxa dalaşanlar: İlin ən yaddaqalan qalmaqalları - FOTOVəkil Şəfiqə Nağıyeva bəlkə də ilin ən qalmaqallı simalarından biridir. O, ekspert kimi qonaq olduğu verilişlərdə bir çox şəxslə mübahisə etdi. Son olaraq jurnalist Anar Vəziroğlu ilə "Təsir dairəsi" proqramında davası oldu.
Söyüş söyən, əlbəyaxa dalaşanlar: İlin ən yaddaqalan qalmaqalları - FOTOEfirdə Vəziroğlu hüquqşünasın üstünə su atdı. Daha sonra məlum oldu ki, demə, bu addımı ilk atan elə Nağıyeva özü olub. O, fasilə vaxtı jurnalistin üstünə su atıb. Nağıyeva ondan əvvəl "Elgizlə izlə" verilişindən ağlayaraq çıxıb. O, daha öncə efirdə Xalq artisti Kübra Əliyeva ilə də mübahisə edib.
Söyüş söyən, əlbəyaxa dalaşanlar: İlin ən yaddaqalan qalmaqalları - FOTOBu il aktrisa Pərvin Abıyeva "TikTok" platformasında aparıcı Azər Zahidlə bir neçə dəfə dava etdi. Onlar arasında zaman-zaman gərginlik yaşandı. Sonuncu davada isə Azər onu təhqir edən Pərvinin "TikTok" hesabını bağlatdırdı. O, səhifənin bir də açılmayacağını desə də, Pərvinin profili yenidən aktivləşdi.

Bu il kifayət qədər səs-küylü keçdi. 2023-cü ildə yaşanacaqları isə zaman göstərəcək. / oxu.az

Şou Biznes       Tarix: 09 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbər.az valyuta mezennesi banklar cəbhədən son görüntülər sonxeber az