"Spartak"ın hücumçusu azadlıqdan məhrum edildi

Moskvanın "Spartak" futbol klubunun forvardı Kvinsi Promes Niderlandda narkotik qaçaqmalçılığına görə 6 il müddətinə azadlıqdan məhrum edilib.
KONKRET.az xarici mediaya istinadən bildirir ki, Amsterdam məhkəməsi bu barədə qərar qəbul edib.
Məhkəmədə çıxışı zamanı prokuror 2020-ci ildə Antverpen limanından ümumi çəkisi 1,3 tondan çox olan iki partiya kokainin qaçaqmalçılıq yolu ilə keçirilməsinə görə Promesin 9 il həbs cəzasına məhkum edilməsini istəyib. İttiham tərəfi hesab edir ki, Promes bu işdə "aparıcı" rol oynayıb. Onun iddia edilən şəriki və qohumu Marilio V. (həmin şəxsin atasının bacısı Promesin nənəsidir) üçün prokuror 8 il həbs və cərimə tələb edib.
Hazırda Birləşmiş Ərəb Əmirliklərində "Spartak"ın təlim-məşq toplantısında iştirak edən və klub qarşısında "öhdəliyi" səbəbindən məhkəməyə gəlməyən Promes bütün ittihamları inkar edir.
Niderland prokurorluğunin Promesi ekstradisiya etmək cəhdləri nəticəsiz qalıb.
32 yaşlı legioner hücumçu Rusiya çempionatının bombardiridir. Bu mövsüm o, "qırmızı-ağlar"ın heyətində 21 oyun keçirib, 8 qol vurub və 8 məhsuldar ötürmə edib. Promes həmçinin Niderland millisində 50 oyun keçirib (sonuncusu 2021-ci ilin yayında olub) və 7 qol vurub.
2023-cü ilin iyununda Promes Niderlandda ad günü məclisində mübahisədən sonra əmisi oğlunu ayağından bıçaqladığına görə 1 il yarım həbs cəzasına məhkum edilib. Promes həm də əmisi oğluna təzminat ödəməli olacaq, bunun məbləği daha sonra müəyyən ediləcək. Futbolçu bu qərardan apellyasiya şikayəti verib.
Xatirə Sadiq,
KONKRET.az

İdman       Tarix: 14 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d


azerbaycan xeberleri yeni xeberler son xeberler krminal bu gun cəbhədən son məlumatlar ensonxeberler xeberler