Spirtdən zəhərlənmələrin SƏBƏBİ BİLİNDİ: Görün kimlərə daha çox təsir edir

Spirtdən zəhərlənmələrin SƏBƏBİ BİLİNDİ: Görün kimlərə daha çox təsir edirSon günlər spirtli içkilərdən zəhlənmələrin sayı xeyli artıb. Hətta ölüm halları ilə müşahidə olunan zəhərlənmələr kütləvi hal alıb. Bəs görəsən, nə baş verir? Bu zəhərlənmələrin səbəbi nədir?
KONKRET.az-ın suallarını cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, insanı daxildən zəhərləyən spirt, hətta texniki spirt kimi də yararsız hesab olunmalıdır:

"2016-cı ildə dövlət tərəfindən spirtli içkilərin istehsalı üçün zəruri lisenziyalar ləğv edildi. O vaxta kimi cəmisi bir neçə müəssisə spirtli içki istehsal edirdi. Bundan sonra araq və tünd spirtli içkilər istehsal edən zavodların sayı 15-dən 124-ə çatıb. Şərab istehsal etmək üçün gərək üzümçülük təsərrüfatı olsun. Bəzi şərab istehsalçıları da şərab istehsal etməkdən əl çəkdilər və üzüm bağlarını ləğv edərək keçdilər araq istehsalına. Buna paralel olaraq bazar həddindən artıq çirkləndi. Üstəlik keçən ilin sonlarında hökumət qərar qəbul etdi ki, spirtli içkilərin minimum qiyməti müəyyənləşdirilsin. Yəni, keyfiyyətsiz və çox ucuz spirtli içki istehsal edənlər bazara girib qeyri-mütənasib qiymət siyasəti yaradaraq rəqabət mühitini pozmasınlar. Düzdür, bu qərar hələ qəbul olunmayıb. İndi spirtli içkilərin minumum qiyməti müəyyən edilib. Bu dəfə saxta və keyfiyyətli spirtli içki istehsal edənlər qiyməti qaldlrdılar, lakin keyfiyyətə toxunulmadı. Bu daha pis nəticə verdi. Bu vaxta kimi istehlakçılar ucuz mal alıb keyfiyyətə uduzurdular. İndi həm keyfiyyətdə, həm də qiymətdə uduzacaqlar".
Spirtdən zəhərlənmə hallarının çoxalmasına toxunan ekspert hesab edir ki, bundan alkoqoldan asılı adamlar daha çox istifadə edir:
"Hələ sovet vaxtından apteklərdə satılan spirtlərdən araq düzəldib içən insan qrupları mövcud olub. Mən əminəm ki, bu günlərdə dünyasını dəyişən insanlar məhz köhnə üsuldan istifadə ediblər. Azərbaycan hökumətinin biznes qurumları üçün yaratdığı şəraitdən son dərəcə sui-istifadə olunur və təhlükəli spirtlər apteklərə verilir. Alkaqoldan əziyyət çəkən insanlar oradan həmin spirtləri alaraq istifadə edirlər. Hələlik, əlimizdə olan məlumat belədir. Çox təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi bu vəziyyətə nəzarət etməkdə acizdir. İnsanların təhlükəsizliyini təmin edə bilmir. Ümumiyyətlə Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsində dəyişikliklər edilməlidir. Onlar cəld yoxlama mexanizminə malik olmalıdır. Vaxtaşırı yoxlamar təşkil edilməlidir. Təhlükəli içki anlayışı da müəyyən pir partiya məhsula aiddir. Ehtimal ki, insanları zəhərləyən istehsalçı görünür texniki spirti çox edib. İnsanı daxildən zəhərləyən spirt yararsız hesab olunmalıdır. Bazar bu cür məhsullardan təmizlənməlidir. Bu bazarın bərbad olduğunu 5 il əvvəl Daxili İşlər Nazirliyi müəyyən etdi və göstərdi ki, ən prestijli restoranlarda, ən bahalı içkilər brend şüşələrə tökülən qarmaqarışıq mayelərdir. Bununla bağlı bəzi işbazlar həbs olundu, cəza tədbirləri görüldü. İndi də bu iş davam etdirilməlidir".
Vəli Həsənoğlu,
KONKRET.az

Sağlamlıq       Tarix: 27 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMA

Havaların soyuması ilə ölkədə bir sıra yolxucu respirator viruslara yoluxma halları da artır. Bu isə cəmiyyətdə narahatlıqların yaranmasına səbəb olur. Bəzən insanlar qrip və digər bu kimi virusları o qədər kəskin keçirirlə

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Gizli təhlükə: Sağlamlığımıza səssizcə zərbə vuran məhsullar

Son zamanlar idman zallarında əzələ kütləsini artırmaq və fiziki göstəriciləri yaxşılaşdırmaq istəyən şəxslər arasında protein tozları və digər idman əlavələrindən istifadə geniş yayılıb. Lakin bu məhsulların həkim məsləhət

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?. -ın xəbərin

Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir

Meyvə və tərəvəzlər sağlam qidalanmanın əsasını təşkil etsə də, mövsümündə yetişməyən məhsulların istehlakı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Xüsusilə istixanalarda yetişdirilən və xaricdən gətirilən məhsulların tərkibi

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal xeberler sonxəbər azerbaycan son xeber bugun son xabarlar