Spirtli içki qəbul etdikdən neçə saat sonra maşın sürmək olar? - AÇIQLAMA
Sərxoş halda avtomobil idarə edən sürücülər yol polisi tərəfindən saxlanılarkən məsuliyyətdən yayınmaq üçün min bir bəhanə gətirirlər. Bir çoxları az miqdarda spirtli içki qəbul etdiklərini, bəziləri içsələr də, sərxoş olmaqlarını deyirlər. Hətta onların arasında "rəis, dünən içmişəm, axı mən "piyan" deyiləm?" deyənlərə də rast gəlmək olar. Lakin sərxoşluq halının müəyyən edilməsi zamanı artıq bəhanələrə yer qalmır. Nəticədə özünün və digər insanların həyatını təhlükəyə ataraq sükan arxasına əyləşən sərxoş sürücülər məsuliyyətə cəlb olunaraq cəzalandırılırlar.
Bəs sürücü spirtli içki qəbul etdikdən neçə saat sonra avtomobil idarə edə bilər?
Bu barədə Modern.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli qanunvericilikdə sərxoş halda nəqliyyat vasitələrini idarə edən şəxslərin müəyyənləşdirilməsinin konkret qaydalarının olduğunu bildirib:
"Sərxoşluğun müəyyənləşdirilməsinin metodları var. Bunun üçün xüsusi sertifikatı olan cihazlardan istifadə olunur. Eyni zamanda, sərxoşluğun müəyyənləşdirilməsi üçün şübhəli sürücü həkim müayinəsinə aparıla bilər. Burada konkret olaraq göstərilir ki, sürücüdə 0,3 və daha artıq promille spirt aşkarlansa, həmin şəxs sərxoş hesab olunur. Saat, dəqiqə məsələsi yoxdur. Kimsə axşam bir litr spirtli içki qəbul edirsə, sabah günorta, hətta axşam saatlarında onun orqanizmində 0,3 promille spirt aşkarlana bilər. Yəni burada vaxt məsələsi əsas deyil".
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, sürücünün sərxoş olmasını yol polisi əməkdaşı xüsusi setfikatı olan cihaz vasitəsi ilə müəyyən edir. Əgər mübahisəli vəziyyət yaranarsa, həkimə müraciət etmək lazım gəlir.
"Ola bilər ki, vətəndaş səhər saatlarında müəyyən qədər spirtli içki qəbul edib və axşama kimi onun orqanizmində spirt qalmayıb. Həmin şəxsi sərxoş adlandırmaq olmaz. Sürücünü DYP əməkdaşı xüsusi cihazla yoxlayır və heç bir problem aşkarlamırsa, o, yoluna davam edə bilər. Burada ikinci versiya da ola bilər. Axşam toy məclisində həddindən artıq spirtli içki qəbul edib, səhər saatlarında avtomobil idarə edirsə, müayinə zamanı onun orqanizmində spirtin miqdarı normadan artıq olacaq. Bu zaman həmin sürücü cərimələnir".
Ekspertin fikrincə, sürücü az miqdarda spirtli içki qəbul etmiş olsa, xüsusi klinikaya gedib orqanizmində spirtli içkinin aşkar olunmaması ilə bağlı arayış ala və həmin arayışı DYP əməkdaşına təqdim edə bilər:
"Lakin bu arayışa baxmayaraq, DYP əməkdaşının cihazında spirtli içkinin miqdarı görünürsə, sürücü təkrar yoxlanışa getmək üçün xahiş edə bilər. Belə olan halda sürcünün də hüquqları var. Sürücü DYP əməkdaşından həmin cihazın sertifikatını tələb edə bilər".
Xatırladaq ki, 2021-ci ildə nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 18 hadisə baş verib. Nəticədə səkkiz nəfər həlak olub, 17 nəfər yaralanıb. Hadisələrin 72,2 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
2022-ci ilin yanvar-mart aylarında isə sərxoş sürücülərin iştirakı ilə üç hadisə baş verib. Qəzalar zamanı bir nəfər həlak olub, dörd nəfər yaralanıb.

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı