Stilist 2022-ci ilin yaz trendlərini AÇIQLADI
Stilist 2022-ci ilin yaz trendlərini AÇIQLADI
Rusiyalı stilist Vladislav Lisovets 2022-ci ilin yaz trendlərindən danışıd.
Onun sözlərinə görə, bu yaz klyoş geyimlər, dizdən yuxarı çəkmələr və həcmli eynəklər trend olacaq.
"İndi dəbdə iki istiqamət var: 90-cı illərdən böyük ölçülü geyimlər qalır və 70-ci illərin üslubu gəlir", - deyə stilist bildirib ki, daha çox bəyəndiyinizi seçə və ya onları bir-birinə qarışdıra bilərsiniz.
O deyir ki, çiyinləri böyük olan enli bluz və həmçinin, 70-ci illərin velvet və ya cins şalvarını eyni vaxtda geyinmək olar.
Baxmayaraq ki, 1970-ci illərdə dəb dar bluzlar idi, amma qarışdıra bilərsiniz: şalvar genişdirsə, bluz dar, şalvar dardırsa, kofta həcmli olmalıdır.
Stilistin sözlərinə görə, bu gün bütün parlaq rənglər dəbdədir: yaşıl, narıncı, qırmızı, çəhrayı və mavi.
"Həmçinin, 70-ci illərin rəngləri dəbdədir, yəni rəng sxemində əgər geyim maraqlıdırsa, hər hansı bir rəngə görə çox da narahat olmaq lazım deyil", - deyə o əlavə edib ki, tədricən çiçəkli, print bəzəkli və damalı dizaynlı geyimlər də geri qayıdır.
Stilist onu da deyib ki, bu mövsümdə qısa şalvarlar yaddan çıxmalıdır.
Onun sözlərinə görə, indi şalvarlar enli və uzun olmalıdır. Cins şalvar da dəbdə qalır, lakin onların da enli və ətəyi klyoş olanları dəbdədir. Həmin şalvarlar dikdaban ayaqqabılarla geyinilməlidir.
Mənbə: Lenta.ru /oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız