Stomatoloqlardan XƏBƏRDARLIQ: Bayram günlərində diş ağrılarınız arta bilər
"Bayramlar zamanı dişlər bir çox səbəblərdən, hətta əsəb gərginliyinə görə ağrıya bilər".
KONKRET.az xəbər verir ki, stomatoloqlara görə, Yeni ilə qədər bir çox insanlar bayrama hazırlıqla bağlı stress toplayır. Bu dövrdə sinir sistemi daimi gərginlik altında olur.
Sinir sisteminin zəifliyi rifahın pisləşməsində də özünü göstərir. İnsanda periodontal xəstəlik varsa, müalicə olunmayan kariyes, diş ağrısı özünü hiss etdirə bilər. Xüsusilə gecə saatlarında parasempatik sinir sistemi qıcıqlanır. "Əgər iş həftəsi ərzində stress əlamətlərini və bədəndəki hər hansı narahatlığı boğarsanız, bayramın kulminasiya nöqtəsinin dişlərdə kəskin ağrı ola biləcəyinə təəccüblənməyin", – deyə rusiyalı stomatoloq Artur Tumaşeviç vurğulayıb.
Bayram süfrəsində qida müxtəlifliyi və spirtli içkilər dişlərin vəziyyətinə heç də yaxşı təsir göstərmir. "Yemək və güclü içkilərin həddindən artıq istehlakı ağız boşluğunu qoruyan tüpürcək istehsalını azaldır. Bundan əlavə, uzun bayram şənliklərində yemək qalıqları dişlər arasında qalır. Patogen bakteriyalar çoxalaraq, ağız böşluğunda qeyri-üzvi oksidlərin qarışığından ibarət məhlul yaranır. Əgər insanda artıq kariyes boşluqları varsa, pulpit inkişaf edə bilər", – deyə mütəxəssis bildirib.
Şərabda dişin minasına mənfi təsir edən turşular var. Bayramlarda əvvəllər özünü hiss etdirməyən ağız xəstəlikləri xoşagəlməz simptomlar kimi özünü göstərə bilər.
Stomatoloq əlavə edib ki, bayram günlərində bəziləri çoxlu şirin və qazlı içkilər içirlər ki, bu da bütün orqanizmin, xüsusən də dişlərin vəziyyətinə mənfi təsir göstərir.
"Bayram günlərində diş ağrısının qarşısını almaq üçün stresdən uzaq durmalısınız", – deyə vurğulayan həkim bildirib ki, gündəlik gəzintilər və sevimli musiqini dinləmək problem yaşamaq istəməyənlərə kömək edəcək, bəzilərinin üçün sakitlik və təklik dadına çata bilər.
Rəsmiyyə Şərifova,
KONKRET.az

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var