Stresdən mədə xorası və qastrit əmələ gəlir? - Qastroenteroloq açıqlaması

Stresdən mədə xorası və qastrit əmələ gəlir? - Qastroenteroloq açıqlamasıXəstəliklərin çoxu əsəb və stresdəndir. Bəli düzdür. Hətta mədədə qastrit, xora da, mədə-bağırsaq pozulmaları da sinir mənşəli ola bilər. Bir çox mədə xorası xəstələri olub ki, məsələn, yaxının ölümündən və itkisindən sonra qastrit, xora, hətta qanayan xora problemi ilə rastlaşıblar.
Milli.Az medicina.az-a istinadən bildirir ki, dünya qastroenteroloqlar birliyi özünütəcrid, karantin dövrünün stresi, həyəcanının mədəyə təsirsiz ötüşməyəcəyini bildirib.
Depressiya, təşviş, virusa görə qorunmaq tədbirləri, özünü gözləmə, orqanizmin daim hücum rejimində olması həzm sistemində dispepsiya, köp, müxtəlif nahiyələrdə sancı, ağrı, iştahın azalması ilə müşahidə olunur.
Gərgin psixi durum sinirlərin tonusunu artırır, nəticədə mədə şirəsinin sekresiyası normadna artıq ifraz olur, hansı ki, bu şirə turşu və pepsin tərkiblidir və zülalların parçalanması üçün lazımdır. Lazım olduğundan artıq şirə mədə selikli qişasının hüceyrələri üçün çox aqressivdir, ona görə mədədə stress xorası əmələ gəlir.
Evdə məcburi qapanma və dərdini, hiss etdiklərini heç kimə deyə bilməmək, doğmalarını da narahat etməmək problemləri içəridə basdırır və bu emosiyalar məzarlığı çox zaman qida borusu,mədə nahiyəsində olur. Evdə stresin təsirindən çox və zərərli yemək, iştaha kontrolun itməsi, fiziki aktivliyin olmaması mədəaltı vəz və qaraciyəri də yükləyir.
Mədəaltı vəzidə iltihab, pankreatit və ya insulin dirənci, qaraciyərdə isə hepatoz yaranır. Bu xəstəliklər çox gizli gedir, heç bir əlamət vermir, zamanla ağırlaşır.
Çoxları virusa görə zəncəfil və sarımsağa sarılıb. Amma bunlar da mədə xorası, qastritini artırır, mədə şirəsini çoxaldır, yaraları dərinləşdirir.
Nə yeməli?
Gündəlik rasionda yağsız mal, toyuq, hind quşu əti,balıq olmalı, sürtgəcdən keçirilmiş tərəvəz salatları və püre şorbalar, süd məhsulları, kərə yağında sıyıqlar, 1-2 ədəd yumurta, sobada bişmiş meyvələr, kompotlar, kisellər, bitki çayları olmalıdır. Tam taxıl və paxlaları köpü və xorası olmayanlar yeməlidir.
Karantindən sonra mədəaltı vəz, qaraviyər yoxlanmalı, mədə və 12 barmaq bağırsaq endoskopik (zondla) müayinə edilməlidir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 30 aprel 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler azerbaycan son xeber bugun cəbhədən canlı son xeberler bu gun